Çəhəl Sütun Sarayı (Qəzvin)
From Wikipedia, the free encyclopedia
From Wikipedia, the free encyclopedia
Çəhəl Sütun (fars. چهل ستون "qırx sütun") — XVI əsrdə I Şah Təhmasibin hakimiyyəti dövründə Qəzvində inşa olunan saray. Saray gözəl xəttatlıq nümunələri ilə bəzədildiyi üçün hazırda burada Xəttatlıq muzeyi fəaliyyət göstərir.[3].
Çəhəl Sütun Sarayı | |
---|---|
36°16′07″ şm. e. 50°00′14″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin şəhristanı[1][2] |
Aidiyyatı | Səfəvilər imperiyası |
Sifarişçi | I Təhmasib |
Tikilmə tarixi | XVI |
Üslubu | Azərbaycan |
Material | kərpic[2], ağac[2] |
Vəziyyəti | Kalliqrafiya muzeyi kimi fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saray şəhərin mərkəzində Azadi meydanı ilə üzbəüz yerləşir.[4] Bu saray paytaxtı Qəzvinə köçürən ikinci səfəvi şahı Təhmasibin dövründə tikilib. Sarayın vaxtilə şiş uclu damı olduğuna görə papağa bənzəyirdi və bu saray insanlar arasında "firəng papağı" kimi də tanınır. Saray arkada ilə əhatələnib. Arkadaya hər tərəfdən portallar vasitəsilə daxil olmaq olar. Yuxarı mərtəbə qalereya ilə əhatələnib və dama 32 sidr ağacından düzəlmiş sütunlardan dayaq verilib. Deyilənə görə Təhmasib şah rəssamlıq və xəttatlıqla məşğul olurdu. O, bir çox əsərlər, o cümlədən Qəzvində Çəhəl Sütun sarayının eyvanında məişət səhnələrini təsvir edən şəkillər çəkmişdi.[5] 1588-ci ildə Şah Abbasın tacqoyma mərasimi də bu sarayda baş tutub. Sonradan Qacarların hakimiyyəti dövründə saray yenidən təmir olunub. Hazırda sarayda Xəttatlıq muzeyi fəaliyyət göstərir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.