İtirilmiş cənnət
From Wikipedia, the free encyclopedia
"İtirilmiş cənnət"[1] (ing. Paradise Lost) — Con Miltonun ilk dəfə 1667-ci ildə nəşr edilmiş epik poeması. 1674-cü il nəşrində poema on iki nəğmə və bu nəğmələri təşkil edən on bir min misradan ibarət idi. 1658–1667-ci illərdə yaradılan bu əsərin ideyası puritan dini incəsənəti ilə bağlı idi. Şeirdə ilk insan Adəmin hekayəsi boş beytlə təsvir edilmişdir.
Cəld faktlar İtirilmiş cənnət, Müəllif ...
İtirilmiş cənnət | |
---|---|
ing. Paradise Lost | |
Müəllif | Con Milton |
Orijinal dili | ingilis dili |
Yazılma ili | 1667 |
Nəşr ili | 1667 |
Sonrakı | Qaytarılmış cənnət |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Milton həmçinin, əsərini davamını "Qaytarılmış cənnət" poeması ilə gətirmişdir. Hər iki poema həm bibliya tarixini, həm də XVII əsrdə İngiltərədəki təlatümlü siyasi həyatı və müəllifin şəxsi taleyini əks etdirdiyi güman edilir.