Yunanıstan
Cənub-şərqi Avropada ölkə / From Wikipedia, the free encyclopedia
Yunanıstan, rəsmi adı ilə Ellin Respublikası — Cənub-Şərqi Avropada yerləşən ölkə. Balkan yarımadasının cənubunda yerləşən Yunanıstan şimal-qərbdə Albaniya, şimalda Şimali Makedoniya və Bolqarıstan, şərqdə isə Türkiyə ilə qurudan həmsərhəddir. Ölkənin şərqində Egey dənizi, qərbində İon dənizi, cənubunda isə Krit dənizi və Aralıq dənizi yerləşir. Yunanıstan Aralıq dənizi hövzəsindəki ən uzun quru sərhədə və minlərlə adaya sahibdir. Ölkə 9 ənənəvi coğrafi bölgədən ibarətdir və təxmini 10,4 milyon əhaliyə malikdir. Afina ölkənin paytaxtı və ən böyük şəhəridir. Ardınca Saloniki və Patras şəhərləri gəlir.
Yunanıstan | |||||
---|---|---|---|---|---|
Ελληνική Δημοκρατία (yunan) Ellinikí Dimokratía | |||||
| |||||
Ελευθερία ή θάνατος "Ya Azadlıq, ya ölüm" |
|||||
Rəsmi dilləri |
|
||||
Paytaxt | Afina | ||||
İdarəetmə forması | Unitar parlamentli respublika | ||||
Prezident | Katerina Sakellaropulu | ||||
Baş nazir | Kiriakos Mitsotakis | ||||
• Su sahəsi (%) | 2,3 %[2] | ||||
• Əhali |
|
||||
Demonim | Yunan | ||||
Valyuta | avro[4] | ||||
İnternet domeni | .gr | ||||
ISO kodu | GR | ||||
BOK kodu | GRE | ||||
Telefon kodu | +30 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][5] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Yunanıstan demokratiyanın, Qərb fəlsəfəsinin, Qərb ədəbiyyatının, tarixşünaslığın, politologiyanın, əsas elmi və riyazi prinsiplərin, teatrın və Olimpiya oyunlarının yarandığı yer olduğuna görə Qərb mədəniyyətinin beşiyi hesab edilir. E.ə. VIII əsrdən başlayaraq yunanlar Aralıq dənizi və Qara dənizə yayılan polis adlandırılan müxtəlif müstəqil şəhər-dövlətləri qurmuşdular. Makedoniyalı II Filip e.ə. IV əsrdə müasir Yunanıstanın çox hissəsini birləşdirdi. Oğlu Makedoniyalı İskəndər Şərqi Aralıq dənizindən şimal-qərbi Hindistana qədər qədim dünyanın böyük hissəsini fəth etdi. Ellin dövründə yunan mədəniyyəti və təsiri qızıl dövrünü yaşayırdı. E.ə. II əsrdə Roma Yunanıstanı ilhaq edərək Roma imperiyasının və onun davamı olan Bizans imperiyasının ayrılmaz hissəsi olmuşdu. E. I əsrində yaranan Yunan Ortodoks Kilsəsi müasir yunan kimliyinin formalaşmasına təsir etmiş və yunan adət-ənənələrini daha geniş Ortodoks dünyasına yaymışdır. 1204-cü ildə Dördüncü Səlib yürüşündən sonra yunan yarımadasının bəzi bölgələrində latın mülkləri quruldu, lakin bölgənin böyük hissəsi XV əsrin ortalarında Osmanlı hakimiyyəti tərəfindən ələ keçirildi.
1821-ci ildə başlayan müstəqillik uğrunda müharibədən sonra Yunanıstanda 1830-cu ildə müasir milli dövlət yarandı. İlk əsr ərzində, xüsusilə də XX əsrin əvvəllərində Balkan müharibələrində və 1922-ci ildə məğlubiyyətlə nəticələnən Kiçik Asiya səfərinə qədər Yunanıstan krallığı ərazisini genişləndirməyə çalışırdı. 1924-cü ildə qurulan respublika daxili konfliktlər və Türkiyədən gələn miqrantların yenidən məskunlaşdırılması məsələləri ilə mübarizə aparırdı. 1936-cı ildə kral diktaturası hərbi işğal, vətəndaş müharibəsi və hərbi diktaturanın yaşandığı avtoritar idarə dövrünü başlanğıcını qoydu. Demokratiya 1974–75-ci illərdə yenidən bərpa edilmiş və mövcud parlamentar respublikaya yol açmışdır.
Yunanıstan demokratik ölkədir. 1950–1970-ci illərdə rekord iqtisadi inkişaf yaşamış Balkanların 2-ci ən böyük iqtisadiyyatına sahib yüksək gəlirli inkişaf etmiş ölkədir, eləcə də başlıca regional investordur. BMT-nin qurucu üzvü olan Yunanıstan Avropa İttifaqına qatılmış 10-cu üzv dövlətdir və 2001-ci ildən bəri Avrozonanın bir hissəsidir. Həmçinin Avropa Şurası, NATO, İƏİT, ÜTT və ATƏT kimi bir çox beynəlxalq təşkilatın da üzvüdür. Yunanıstan bənzərsiz mədəni mirasa, böyük turizm sənayesinə və qabaqcıl dənizçilik sektoruna sahibdir. 19 UNESCO Ümumdünya İrsi obeykti ölkənin zəngin tarixi mirasının göstəricisidir. Yunanıstan 2022-ci ildə dünyada ən çox ziyarət olunan 9-cu ölkə olmuşdur.