Vikipediya:Mentorların siyahısı
From Wikipedia, the free encyclopedia
Bu səhifə, yeni başlayanlar üçün mentor olmağı qəbul edən Azərbaycanca Vikipediya istifadəçilərinin siyahısını verir. Sistem təsadüfi olaraq hər yeni istifadəçiyə siyahıdan bir mentor təyin edəcək ki, yeni gələn ona suallar verə bilsin. Bu səhifə, Vikimedia Fondunun İnkişaf Komandası tərəfindən hazırlanan Yeni Başlanğıc səhifəsi layihəsini həyata keçirmək üçün istifadə olunur.
Standart olaraq, yeni başlayan istifadəçiyə aşağıdakı məlumat göstərilir: "Bu təcrübəli istifadəçi sizin yeni istifadəçi olduğunuzu bilir və sizə redaktə ilə bağlı kömək edə bilər." Yeni başlayanın sizin haqqınızda bir az daha çox şey bilməsi üçün öz haqqınızda yaza bilərsiniz. Zəhmət olmasa haqqınızda bölmənizi qısa, 240 simvoldan çox etməyin. Vikimətn və ya keçidlər haqqında bölməsində işləmir.
Adınızı bu formatda əlavə edin:
* [[user:İstifadəçi adınız]] | Haqqınızda
Siyahıda göstərilən sıranın heç bir əhəmiyyəti yoxdur, çünki sistem təsadüfi olaraq yeni başlayanın mentorunu seçir, lakin əlavə edilmənin xronoloji ardıcıllığını saxlamaq üçün aşağıdan əlavə etmək tövsiyə olunur.