UEFA Avropa Liqası 2019/2020
From Wikipedia, the free encyclopedia
UEFA Avropa Liqası 2019/2020 – UEFA tərəfindən keçirilən Avropanın ən böyük ikinci futbol tədbirinin 49-cu mövsümüdür. UEFA Avropa Liqası adı və formatıyla isə 11-ci mövsümdür.
UEFA Avropa Liqası 2019/2020 | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | |
Tarix |
Təsnifat mərhələləri: 27 iyun – 29 avqust 2019 Qrup mərhələsi və finala doğru gedəcək oyunlar: 19 sentyabr 2019 – 21 avqust 2020 |
Başlama tarixi | 27 iyun 2019 |
Bitmə tarixi | 21 avqust 2020 |
Komanda sayı |
Qrup mərhələsi və 1/16 final:48 + 8 Ümumi:158 + 55 *Maili stildə yazılmış rəqəmlər ÇL-dan gələn komanda sayını işarə edir |
Yekun nəticəsi | |
Çempion | Sevilya (6-cı dəfə) |
İkinci | İnter Milan |
Yarış statistikası | |
Oyun sayı | 197 |
Qol sayı | 548 (matç başına: 2.78) |
Tamaşaçı sayı | 4069102 matç başına: 20655 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Bruno Fernandeş (8 qol) |
Ən yaxşı oyunçu | Romelu Lukaku (İnter Milan)[1] |
← 2018–19 2020–21 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Final matçı Almaniyanın Köln şəhərindəki Reyn Energi Stadionunda "Sevilya" və "İnter" klubları arasında keçirildi. 3–2 hesabı ilə rəqibinə qalib gələn "Sevilya" 2019–20 UEFA Çempionlar Liqası qalibi "Bavariya" ilə 2020 UEFA Super Kuboku çərçivəsində matç oynama hüququ qazandı.
"Sevilya" çempion olmasa belə 2020–21-ci il mövsümü Çempionlar Liqasında iştirakını təmin etmişdi. Buna görə UÇL-də onların yerini ölkə sıralamasında 5-ci yerdə olan Fransanın yerli liqasında üçüncü yer tutmuş "Renn" alır.
Video köməkçi hakim (VAR) texnologiyası turnirin finalına doğru gedilən mərhələlərində istifadə olundu.[2]
Koronavirus pandemiyasının təhlükəsi nəzərə alınaraq turnirin matçları 1/8 Final mərhələsində təxirə salınmışdır.[3] 27 may 2020-ci ildə Qdanskdakı PGE Arenada keçirilməli olan final 23 martda UEFA tərəfindən təxirə salındı.[4]
17 iyunda UEFA 1/4 Final, yarımfinal və final matçlarının 2020-ci ilin avqustunda Almaniyada keçiriləcəyini ictimaiyyətə açıqladı. Bütün matçlar tək ayaqlı oldu. Qdansk isə 2021-ci ildə turnirin finalına ev sahibliyi edə biləcək.[5]