Portal:Tibb
From Wikipedia, the free encyclopedia
redaktə
Seçilən məqaləQarayara və ya Sibir yarası (yun. anthrax mənası kömür deməkdir) — kəskin zoonoz yoluxucu seroz-hemorragik və nekrotik iltihabın inkişafı ilə xarakterizə olunan xəstəlik. Xəstəlik lokallaşmış (dəridə) və yayılmış (septik) formalarda kəskin nəzərə çarpan intoksikasiya sindromu ilə cərəyan edir. Bəzən bu xəstəliyi "bədxassəli çiban" da adlandırırlar. Qarayara qədim zamanlardan "müqəddəs od", "fars odu" və s. adlar altında məlumdur. S.S. Andreyevski (1788) Uralda öz-özünü yoluxdurma təcrübəsi ilə insan və heyvanların qarayarasının identikliyini müəyyən etmişdir. Alman tədqiqatçısı Pellender (1849) qarayara basillərini xəstə heyvanların qanından almışdır. Baytar həkimi F. Brauell Rusiyada (1857) qarayaratörədici mikrobunu ölmüş adamın qanında tapmışdır. Robert Kox (1876) süni qidalı mühitlərdə xəstəliyin törədici mikrobunun təmiz kulturasını almış, onun spor əmələgətirmək qabiliyyətini aşkar etmiş və eksperimentdə siçanlar üzərində qarayara infeksiyasını tədqiq etmişdir. Lui Paster ilk dəfə olaraq qarayara infeksiyasının spesifik profilaktikası üçün canlı peyvənd (vaksina) təklif etmişdir. redaktə
Seçilən şəkilredaktə
Dərman bitkiləriQara qarağat — dibes cinsinə aid bitki növü. Vitaminlərin miqdarına görə qara qarağat daha üstün sayılır. Bunun tərkibində 400 mq% C vitamini vardır. Odur ki, qara qarağat daha çox becərilir. Qara qarağat gilələrlə, ağ və qırmızı qarağat isə salxımlarla dərilir. Qara qarağat 2 həftə müddətinə, ağ və qırmızı qarağat isə 5-7 gün müddətinə saxlanıla bilir. Bunların şehli olması saxlama müddətini daha da azaldır. Qara qarağatın tərkibində 7-10% şəkər, o cümlədən 5,7-7% qlükoza, 0,9-1,6% fruktoza və 0,5-2% saxaroza, 1,9-3,7% turşu (limon və alma), 1,5% pektin maddəsi, 3,76% sellüloza, 0,33-0,42% aşı maddəsi, 0,5% mineral maddə, 0,53-1,41% azotlu maddə vardır. Qara qarağatın yayılmış sortlarından Məhsuldar Liya, Boskop nəhəngi, Lakston, 8-ci Devison, Gent, Qoliaf, Sentyabr Danielyası, Neapolitanski və s.-dir. redaktə
DərmanlarPropofol, Diprivan (ing. propofol), qısamüddətli təsirə malik, vena daxili, yuxugətirici ağ-süd rəngli suspenziv anestetik preparat. Əsasən ümumi anesteziya zamanı istifadə edilir. Propofol həm giriş (induksiya) və həm də bazis narkozu üçün, süni koma tələb olunan, süni tənnəfüsdə olan xəstələrə geniş tətbiq edilir. Kimyəvi tərkib etibarilə barbituratlara aid olmasa da anestetik effektliliyinə görə onlardan heç də əksik deyildir. Əksinə propofol vasitəsilə narkoza giriş və ondan çıxış "yumuşaq", aydın və tezdir. Propofol sırf anestetik olub, analgetik effekti demək olar ki yoxdur. Buna görə də narkoz zamanı propofol analgetiklərlə (fentanil, suffentanil, rapifen, ultiva) kombinə olunmuş şəkildə istifadə edilir. Həkimlər öz aralarında zarafatla onu "yuxu südü" də adlandırırlar. Vena daxilinə yeridilməsi çox vaxt ağrılı olduğundan yerli anestetiklərlə: 1% ksilokain ya lidokain ilə qarışdırılmış şəkildə istifadə olunur. Yeridildikdən 30-60 saniyə ərzində anestetik effekt əldə edilir, 5-10 dəqiqə sürür. Bəzən təkrar inyeksiyadan sonra bu müddət 15-30 dəqiqəyədək sürə bilir. redaktə
Bilirsinizmi
redaktə
Tibbin şöbələri
redaktə
Tibbi indekslər: Xəstəliklər • Simptomlar • Sindromlar • Dərmanlar • Terminlər • Müdaxilələr • Ləvazimatlarredaktə
Hippokrat andı
redaktə
Təqvim
redaktə
Mərhəmət1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoratıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırım. Qətlə yetirilənlərin sayı 613 nəfər, bunlardan 63 uşaq, 106 qadın və 70 qoca olmuşdur. 8 ailə tam məhv edilmiş, 25 uşaq hər iki, 130 uşaq isə bir valideynini itirmiş, 487 yaralının 76-sı uşaqlar olmuş, 1275 nəfər əsir alınmış, 150 nəfər itkin düşmüşdür. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. redaktə
Kateqoriyalar
redaktə
Əlaqəli portallar
|