Lui Paster
From Wikipedia, the free encyclopedia
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[2][3][…] – 28 sentyabr 1895[2][4][…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu onun adını Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi:
“Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.[10].
Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır.