Playboi Carti
ABŞ repçisi / From Wikipedia, the free encyclopedia
Playboi Carti (əsl adı: Cordan Terrell Karter; 13 sentyabr 1995[1][2][…], Atlanta[2]) — amerikalı repçi, müğənni, mahnı yazarı. Carti 2017-ci ilin aprelində buraxdığı öz adını daşıyan miksteypi ilə tanınma qazanıb.[3] Miksteypə daxil olan "Magnolia" və "Wokeuplikethis" (Lil Uzi Vert ilə) sinqlları Billboard Hot 100 hit-paradında yuxarı sıralarada qərarlaşıb.
Playboi Carti | |
---|---|
ing. Jordan Terrell Carter | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Jordan Terrell Carter |
Ləqəbləri | Playboi Carti, Sir Cartier, Carti, Cash Carti, King Vamp, Yung Carti, Guapo, Baby Boi, Leak Carti |
Doğum tarixi | 13 sentyabr 1995(1995-09-13)[1][2][…] (28 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 2 |
Partnyorları |
İqqi Azaliya (2018–2020) Brandi Marion (2020–) |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | repçi, müğənni, mahnı yazarı[d], musiqi prodüseri |
Fəaliyyət illəri | 2011-ci ildən |
Janrlar | hip-hop[d], trep, klaud rep[d], rage rap[d], pank rep[d], alternativ hip-hop, eksperimental hip-hop[d], black contemporary[d] |
Albom şirkətləri | Interscope Records, AWGE Records[d], GOOD Music[d] |
playboicarti.com | |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ildə ilk studiya albomu "Die Lit"-i buraxan Carti dinləyicilərin sevimlisinə çevrildi. Albom satış rekordları qırdı və ABŞ-nin Billboard 200 hit-paradında üçüncü pilləyə yüksəldi.[4] Carti iki illik fasilədən sonra 2020-ci ildə geri qayıtdı və ikinci albomu olan "Whole Lotta Red"-i təqdim etdi. Albom buraxıldıqdan qısa müddət sonra Billboard Hot 200 hit-paradında birinci yeri tutdu və onun ən çox bəyənilən albomu oldu. Playboi Carti uzun müddətdir gözlənilən üçüncü albomunu 2024-cü ildə buraxmağı planlaşdırır.[5]
Carti 2019-cu ildə Opium səsyazma leyblını təsis edib. Bu şirkətlə müqavilə bağlayan repçilər Ken Carson, Destroy Lonely və Homixide Gang-dır.[6]