Milli dövlət
From Wikipedia, the free encyclopedia
Milli dövlət[1] — qanuniliyini bir millətin müəyyən bir coğrafi sərhəd içindəki üstünlüyündən alan dövlət forması. Dövlət siyasi və geopolitik bir varlıq, ulus (millət) isə mədəni və ya etnik bir varlıqdır. Ulus dövlət qavramı isə bu ikisinin müəyyən bir coğrafiyada örtüşdürür, beləliklə də özündən əvvəl olan dövlət formaları ilə böyük ölçüdə fərqliləşir. Tarixdəki digər dövlətlərdən fərqli olaraq ulus dövlət modelində dövləti yaradan bütün vətəndaşların ortaq bir dili, ortaq bir mədəniyyətii və ortaq dəyərləri paylaşması əsasdır. Bundan başqa ulus dövlət qavramı hər millətin öz taleyini təyin etmək və muxtariyyət haqqına sahib olduğu fikrini müdafiə edir. Bu xüsusiyyəti ilə dünyadakı bir çox millətçi hərəkata ilham qaynağı olmuşdur.[2]