Madonna Litta
From Wikipedia, the free encyclopedia
Madonna Litta - Leonardo da Vinçiyə aid edilən və Sankt-Peterburqdakı Ermitaj muzeyində saxlanılam XV əsrə aid rəsm əsəridir. Rəsmdə “Əmizdirici Madonna” ikonoqrafiyasına uyğun Körpə İsanı əmizdirən Məryəm təsvir edilmişdir. Leonardo yaradıcılığının erkən dövrünə aid “Madonna qərənfillə” əsərində olduğu kimi fiqurlar qaranlıq interyerdə təqdim edilib. Arxada iki tağlı pəncərədən aerial prespektivdə tağlı peyzaj görünür. Məsih sol əlində Avropa alacəhrəsi tutur ki, bu da onun gələcək əziyyətlərinə işarədir.
Madonna Litta | ||
---|---|---|
| ||
Rəssam | Leonardo da Vinçi | |
Tarixi | 1490-1491 | |
Üslubu | dini incəsənət[d] | |
Texnikası | Kətan (ağacdan köçürülüb), tempera 42x33 sm | |
Ölçüləri | 42 sm[1] × 33 sm[1] | |
Materialı | tempera | |
Saxlanıldığı yer | Ermitaj, Sankt-Peterburq | |
Saytı | wga.hu/html/l/leonardo/0… | |
İnventar nömrəsi | ГЭ-249 | |
Vikianbarda əlaqəli mediafayllar |
Əsərin müəllifinin kim olması ilə bağlı alimlərin müxtəlif fikirləri olsa da, əksər hallarda o, Leonardonun Covanni Antonio Boltraffio və ya Marko d’Occono kimi tələbələrinə aid edilir; Ermitaj muzeyi isə “Madonna Litta”nı Leonardonun avtoqraf əsəri hesab edir. XIX əsrə kimi əsər Milanın zadəgan nəsillərindən olan Litta ailəsinin kolleksiyasına daxil olduğuna görə əsər “Madonna Litta” adlandırılmışdır.