Liza del Cokondo
From Wikipedia, the free encyclopedia
Liza del Cokondo (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Liza – İtaliyanın Florensiya və Toskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş "Mona Liza" portretinə verilmişdir.
Liza del Cokondo | |
---|---|
it. Lisa del Giocondo | |
| |
Digər adı | Liza Gerardini |
Doğum tarixi | |
Doğum yeri | Via Maccio, Florensiya Respublikası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Sent-Ursula monastırı, Florensiya hersoqluğu |
Dəfn yeri |
|
Həyat yoldaşı | Françesko di Bartolomeo di Zanobi del Cokondo |
Uşaqları |
Pyero del Cokondo Sour Beatris (Kamilla del Cokondo) Andrea del Cokondo Cokondo del Cokondo Sour Lüdovika (Marietta del Cokondo) Ögey oğlu:Bartolomeo del Cokondo |
Atası | Antonmariya di Noldo Gerardini |
Anası | Lukresiya del Kakkia |
Tanınır | "Mona Liza" portretində təsvir edilməsi ilə |
Vikianbarda əlaqəli mediafayllar |
Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür.
Lizanın ölümündən əsrlər sonra onun portreti olan "Mona Liza" dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş[1] və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın "Mona Liza" üçün model olması dəqiqləşdirilmişdir.[2]