Hippokrat
From Wikipedia, the free encyclopedia
Hippokrat (yun. Ἱπποκράτης, lat. Hippocrates; təxminən e.ə. 460 – e.ə. 370) — ən tanınmış qədim yunan həkimi olmuşdur. Onu "təbabətin atası" adlandırmışdılar. O, həm də təbabətdə əxlaq məsələlərinə toxunaraq həkimin davranış qaydalarına dair fikirlərini açıqlamışdır. "Hippokrat andı"nda hər bir həkimin riayət edəcəyi əxlaqi məsələlər öz əksini tapmışdır.