Hambuziya
From Wikipedia, the free encyclopedia
Hambuziya (lat. Gambusia) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çəkidişkimilər dəstəsinin poeciliidae fəsiləsinə aid heyvan cinsi. Kiçik ölçülərə malik olan Şimali, Mərkəzi və Cənubi Amerika ərazilırinddə təbii şəkildə yayılmışdır. Növlərinin böyük qismi şirin sularda yaşayır. Bəziləri isə azduzlu və ya şor sularda yayılmışdır.
Hambuziya | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Tipüstü: Tip: Klad: Olfactores Yarımtip: İnfratip: Klad: Eugnathostomata Klad: Teleostomi Sinifüstü: Sinif: Ranqsız: Actinopteri Yarımsinif: Neopterygii İnfrasinif: Ranqsız: Acanthomorpha Dəstəüstü: Acanthopterygii Klad: Percomorpha Ranqsız: Ovalentaria Dəstə: Yarımdəstə: Cyprinodontoidei Fəsiləüstü: Poecilioidea Fəsilə: Yarımfəsilə: Poeciliinae Triba: Gambusiini Cins: Hambuziya |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Bu balıqlar Malyariya ağcaqanadının və digər infeksion xəstəliklərin sürfə və puplarını məhv etdiyindən bir sıra regionlarda (Avropa, Avstraliya, Çin, Yaponiya, Havay adaları və Filippin adaları, Mərkəzi Asiya, Cənubi Qafqaz) iqlimləşdirilmişdir.
Cinsə daxil olan bəzi növlər akvarium çəraitində belə saxlanıla bilir. İstisevər balıqlar olsalarda temperaturun 5 °C qədər enən ərazilərində belə yaşaya bilirlər. Onların hətta 0 °C temperaturu olan sularda yaşaması belə qeydə alınmışdır.
Akvarium çəraitində digər balıqlarla birgə saxlanılması məsləhət görülmür. Çünki, digər balıqların kürü və balalarını yeyirlər. Hətta öz növlərrinə aid cavan balıqları belə yemələri müşahidə edilir.
Əsas düşmənləri:ördəklər və digər yırtıcı quşlar, Su tısbağaları, yırtıcı balıqlar.