Fleş (I mövsüm)
From Wikipedia, the free encyclopedia
ABŞ superqəhrəman teleserialı olan "Fleş"in birinci mövsümünün premyerası 7 oktyabr 2014-cü ildə The CW telekanalında baş tutmuş, 23 seriyalı mövsümün final seriyası isə 19 may 2015-ci ildə yayımlanmışdır. Serial, superinsan sürətinə malik olan və cinayətkarlıqla mübarizə aparan DC Comics kostyumlu superqəhrəmanı Barri Allen / Fleşə həsr edilmişdir. Serialda hadisələr, “Ox” teleserialı ilə eyni uydurma kainatda baş verir. Serialın istehsalı ilə “Berlanti Productions”, “Warner Bros. Television” və “DC Entertainment” məşğul olmuşlar. Birinci mövsümün şouranneri Endryu Kreysberqdir.
Ölkə | ABŞ |
---|---|
Seriya sayı | 23 |
Orijinal kanal | The CW |
Orijinal efir | 7 oktyabr 2014 (2014-10-07) – 19 may 2015 (2015-05-19) |
← Əvvəlki - | |
Fleş teleserialının seriyaları |
Serialda Qrant Qastin tərəfindən canlandırılan Allen superinsan sürəti qazandıqdan sonra cinayətkarlığa, həmçinin superinsan bacarığını cinayət məqsədi ilə istifadə edən digər insanlara qarşı mübarizə aparır. Əsas aktyor heyətinə Qastinlə yanaşı Kendis Petton, Daniella Panabeyker, Rik Kosnett, Karlos Valdes, Tom Kavanaq və Cessi L. Martin daxildir. Mövsümün əsas çəkilişləri Vankuver, Britaniya Kolumbiyası, Kanadada aparılmışdır.
Serialın pilot seriyası 4.8 milyon nəfər tərəfindən izlənərək 1.9 18–49 demoqrafik reytinqi qazanmış və beləcə “Fleş” 2009-cu ildə “Vampirin gündəlikləri” serialının göstərdiyi nəticədən bəri The CW telekanalında ən yaxşı nəticəni göstərmişdir. O, həm də “90210” serialından sonra telekanalın 18–49 yaşlılar arasında ikinci ən çox izlənən premyerası olmuşdur. Mövsüm 118-ci yerlə qərarlaşaraq, hər seriyayda ortalama 4.62 milyon izləyici zayı ilə serialı The CW telekanalının 18-49 yaşlılar arasında ən çox ən çox izlənən serialı, həmçinin 18+ kişilər arasında ən çox izlənən kabel televiziyası serialına çevirmişdir. “Fleş”in birinci mövsümü tənqidçilər tərəfindən əsasən müsbət qarşılanmışdır. Serialın ikinci mövsümünün çəkiləcəyi telekanal tərəfindən 11 yanvar 2015-ci ildə elan edilmişdir.[1]