Dəmir adam (film, 2008)
From Wikipedia, the free encyclopedia
Dəmir adam (ing. Iron Man) — Marvel Comics tərəfindən yaradılmış eyniadlı personajdan bəhs edən və 2008-ci ildə çəkilən Marvel Studios istehsalı super qəhrəman və fantastika filmi. "Dəmir adam" filmi Marvel Kinematoqrafiya Kainatının ilk filmidir. Filmin rejissoru Con Favro, ssenaristləri Mark Ferqu, Havk Ostbi, Art Markum və Mett Holloveydır. Filmin baş rollarında Robert Dauni, Terrens Hovard, Ceff Brices, Şon Toub və Qvinet Peltrou çıxış edir. Filmdə məşhur iş adamı və mühəndis Toni Starkın Dəmir adam zirehini hazırlaması və Dəmir adam adını alaraq superqəhrəman olmasından bəhs olunur.
Dəmir adam | |
---|---|
Iron Man | |
Janr |
fantastika döyüş |
Əsas mövzu | terrorizm, kompüter[1], sənayeçi[d][1], ixtiraçı[1], texnologiya[1], biznes maqnatı[1] |
Rejissor | Con Favro |
Prodüserlər |
Kevin Fayqi Avi Arad |
İcraçı prodüserlər | Con Favro[d], Sten Li |
Əsərin müəllifləri |
Sten Li Lari Liber Don Hek Cek Körbi |
Ssenari müəllifləri |
Mark Ferqus Havk Ostbi Art Markum Mett Hollavey |
Baş rollarda |
Robert Dauni Terrens Hovard Ceff Brices Şon Toub Qvinet Peltrou |
Operator | Mettyu Lubatik |
Bəstəkar | Ramin Cavadi |
Geyim rəssamı | Laura Jean Shannon[d], Rebecca Bentjen[d] |
Montajçı | Den Lebental[d] |
İstehsalçılar |
Paramount Pictures1 Fairview Entertinement Marvel Studios |
Distribütor | Paramount Pictures[2], Disney+, Walt Disney Studios Motion Pictures[d] |
İlk baxış tarixi |
14 aprel 2008 (Sidney premyerası) 2 may 2008 (ABŞ) |
Müddət | 126 dəqiqə |
Büdcə | 140 milyon $[3] |
Gəlir | 585.174.222 $[3] |
Ölkə | ABŞ |
Dil | ingilis |
İl | 2008 |
Sonrakı film | Dəmir adam 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | {{bayraq|ABŞ} ABŞ |
IMDb | ID0371746 |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin çəkilməsi məsələsi 1990-cı ildən başlayaraq müxtəlif vaxtlarda Universal Pictures, 20th Century Fox və New Line Cinema tərəfindən gündəmə gətirilib. 2006-cı ildə Marvel Studios Dəmir adam haqqında filmin çəkilməsi hüquqlarına sahib olub. Marvel Studios filmin istehsalı ilə məşğul olub, Paramount Pictures1 isə filmin distribütori olub. Filmin rejissoru Con Favro seçilib. O, filmin yetərincə naturalist alınması və filmi Nyu Yorkda çəkilən bir çox super qəhrəman filmindən fərqləndirmək üçün əsas çəkiliş yeri kimi ABŞ-nin şərq sahillərini deyil, Kaliforniyanı seçib. Filmdə oynayan aktyorlar öz xüsusi dialoqları yaratmaqda azad idilər, çünki hazırlıq işlərində əsas diqqət süjetə və hekayəyə yönəlmişdi. Filmdə istifadə olunan kauçuk və metal Dəmir adam zirehləri Stenli Vinston kompaniyası tərəfindən hazırlanıb və zirehin daha effektli görsənməsi üçün CGI kompüter qrafikindən istifadə olunub.
"Dəmir adam" filminin premyerası 2008-ci ilin 14 aprelində Avstraliyanın Sidney şəhərində baş tutub. 2 may 2008-ci ildə isə kinoteatrlarda film göstərilməyə başlayıb. Film tənqidçilərdən müsbət rəy alıb. Filmin büdcəsi 140 $ ABŞ dolları olsa da, əldə olunan gəlir 585 $ ABŞ dolları olub. Robert Dauni isə oynadığı Toni Stark rolu ilə böyük diqqət toplamışdır. Amerika Film İnsitututu "Dəmir adam" filmini 2008-ci ilin ən yaxşı 10 filmindən biri kimi göstərib. Filmin davam filmləri olan "Dəmir adam 2" 7 may 2010-cu ildə, "Dəmir adam 3" 3 may 2013-cü ildə ekrana buraxılıb.