Deni Mukveqe
From Wikipedia, the free encyclopedia
Deni Mukveqe (fr. Denis Mukengere Mukwege;[4])[5][6] 1 mart 1955[1][2][…], Bukavu, Belçika Konqosu[3]) — Konqolu ginekoloq və Əllincilər (ing. Pentecostalism) pastorudur. O, silahlı üsyançılar tərəfindən təcavüzə uğramış qadınları, müalicə etdiyi Bukavudakı Panzi Xəstəxanasını qurub, orada işləyir.[7]
Deni Mukveqe | |
---|---|
fr. Denis Mukwege | |
| |
Doğum tarixi | 1 mart 1955(1955-03-01)[1][2][…] (69 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | KDR |
İxtisası | tibb elmləri doktoru |
Təhsili |
Brundi Universiteti Anje Universiteti Brüssel Dövlət Universiteti |
Fəaliyyəti | insan hüquqları fəalı, ginekoloq, akuşer[d], pastor[d] |
Mükafatları |
Nobel Sülh Mükafatı (2018) "Fəxri Legion" ordeni (2009) Saxarov mükafatı Doğru Yaşam mükafatı |
Üzvlüyü | |
Vikianbarda əlaqəli mediafayllar |
2018-ci ildə Mukveqe və İraqlı hüquq müdafiəçisi Nadiya Murad ilə "cinsi zorakılığın müharibə və silahlı qarşıdurma silahı olaraq istifadəsinə son qoyulması istiqamətində ki səylərinə görə" Nobel sülh mükafatına layiq görüldü.[8]
Deninin Konqo münaqişəsi qurbanları üçün ədalət tələb etməsinə davam etməsi, həyatına və Panzi xəstəxanasına qarşı təhdid almasına səbəb oldu. Bu ölüm təhdidlərini əsasən Deninin öz ölkəsi,Ruanda və Uqanda da daxil olmaqla bu ölkələrdəki sosial media platformalarından alırdı. Bildirildiyinə görə, təhdidlər Deninin BMT-nin on illik hesabatında adı hallanan cinayətkarların beynəlxalq məhkəməyə çıxarılması üçün artan çağırışlarından sonra ortaya çıxdı.[9] 2012-ci ildə Mukveqenin həyatına edilən sui-qəsd cəhdi, nəticədə onun və ailəsinin təhlükəsizliyi ilə əlaqədar olaraq ölkəni tərk etməsi ilə nəticələndi.
Mukvege, İkinci Konqo müharibəsindən bəri təcavüz qurbanı olan minlərlə qadını 17 saatlıq iş günləri ilə gündə on əməliyyata girirdi.[7][10] The Globe and Mail in nəşrinə görə, Mukveqe "çox güman ki, təcavüz xəsarətlərinin bərpası üzrə dünyanın aparıcı mütəxəssisi" dir.[11] 2013-cü ildə "Müharibə dövründə cinsi zorakılıqdan sağ çıxan qadınları sağaltmaqda və bunun səbəbləri haqqında danışmaqda göstərdiyi cəsarətli əməyinə görə" Doğru Yaşam mükafatına layiq görülmüşdür.[12] Doktor Mukveqe,hə ölkə daxilində, həm də beynəlxalq səviyyədə Konqo Demokratik Respublikasında cinsi şiddətin geniş yayılmış müharibə silahı olaraq istifadəsinə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və günahkarların ədalətə cəlb edilməsini tələb etməsi, insan haqları və cinsiyyət mövzusunda tanınmış bir fəal olması ilə nəticələndi.[10]