Covanni Arnolfini
From Wikipedia, the free encyclopedia
Covanni di Nikolao Arnolfini (1400, Lukka, Toskana – 11 sentyabr 1472[1], Brügge) — İtaliyanın Toskana bölgəsinin Lukka şəhərindən olan tacir. O, həyatının çox hissəsini, o zamanlar Burqundiya hersoqluğunun bir hissəsi olan Flandriyada keçirdi, çox güman ki onun daimi yaşayış yeri zəngin ticarət şəhəri və Burqundiya sarayının əsas qəsəbələrindən biri olan Brügge idi. Arnolfinilər Lukkada kiçik lakin zəngin şəhərin siyasi və ticari həyatında aktiv iştirak edirdilər, Florensiya kimi bu şəhərin də əsas gəlir sahəsi bahalı parçaların toxuculuğu idi.