Conni Depp
ABŞ aktyoru / From Wikipedia, the free encyclopedia
Con Kristofer "Conni" Depp II (ing. John Christopher «Johnny» Depp II; 9 iyun 1963[1][2][…], Ouensboro[d], Kentukki[3]) — ABŞ aktyoru. 1984-cü ildən filmlərdə çəkilir. Ən məşhur rollarından biri Cek Sərçədir ("Karib dənizinin quldurları" trilogiyası). 3 dəfə "Oskar"a namizəd olub, Tim Burtonun "Suini Todd-Fleet küçəsinin şeytan bərbəri" filmindəki obrazına görə "Qızıl Qlobus" mükafatına layiq görülüb. Tim Burtonun filmləri Conni Deppə böyük uğur qazandırdı. 2012-ci ildə o, "Ginnesin Rekordlar Kitabı"nda, ilə 75 milyon dollar qazanan, ən bahalı aktyor kimi seçilmişdir. Kino sahəsinə olduğca çox töhfələr verməyinə baxmayaraq,hələ də "Oskar" mükafatını qazana bilməyib.
Cəld faktlar Doğum adı, Doğum tarixi ...
Conni Depp | |
---|---|
ing. Johnny Depp | |
Doğum adı | John Christopher Depp II |
Doğum tarixi | 9 iyun 1963(1963-06-09)[1][2][…] (60 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Həyat yoldaşı |
|
Uşaqları |
|
Partnyorları | |
Atası | Con Kristofer Depp[d][12] |
Anası | Betti Sue Vells[d][12] |
Fəaliyyəti | kinorejissor, film prodüseri, ssenarist, televiziya aktyoru, kino aktyoru, səsləndirmə aktyoru[d], gecə klubu sahibi, gitaraçı, aktyor, musiqiçi |
Fəaliyyət illəri | 1984-cü ildən |
Təhsili | |
Boyu | 178 sm[13] |
Üzvlüyü |
|
Mükafatları | |
IMDb | ID0000136 |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla