Byork
From Wikipedia, the free encyclopedia
Byork Qvyudmundsdouttir və ya sadəcə Byork[5][6] — (21 noyabr 1965[1][2][…], Reykyavik[3]) İsland əsilli müğənni, mahnı yazarı, multi-instrumentalist, prodüserdir.
Byork | |
---|---|
isl. Björk | |
Ümumi məlumatlar | |
Doğum adı | Björk Guðmundsdóttir |
Doğum tarixi | 21 noyabr 1965(1965-11-21)[1][2][…] (58 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 2 |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar, aktrisa, müğənni, musiqi prodüseri, aranjimançı[d], şairə, yazıçı, müğənni-mahnı yazarı, film bəstəkarı, musiqiçi |
Fəaliyyət illəri | 1977-ci ildən |
Janrlar | rok, alternativ rok, eksperimental musiqi[d], elektronik musiqi, art pop |
Musiqi alətləri | klavişli alət[d], fleyta, piano, orqan[d], Arfa, saksofon, klavikord[d], klarnet, Çelesta |
Səs tembri | soprano |
Albom şirkətləri | Elektra Records |
Mükafatları | |
bjork.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Onun musiqi üslubu eklektikdir və o alternativ rok, caz, elektro rəqs musiqisi, klassik və avanqard janrlarında da tanınır. 1990-cı illərdə onun mahnılarının 3-ü İngiltərə top onluğuna daxil edilmişdir (It's Oh So Quiet, Army of Me, Hyperballad). Albomları 2003-cü ildə bütün dünyada 15 milyondana artıq nüsxəylə satılıb. O,4 BRİT mükafatına, 4 MTV video musiqi mükafatınıa MOJO mükafatını, 3 Birləşmiş Krallıq video musiqi mükafatına və 2010-cu ildə isə qeyri-adi səsinə və yüksək təşkilatçılığına,dərin musiqisi və lirikasına görə İsveç Kral Musiqi Akademiyası tərəfindən Polar Musiqi Mükafatına layiq görülüb. Byork həmçinin, 14 Qremmi Mükafatına, 1 Akademiya Mükafatına, 2 Qızıl Qlobus Mükafatına namizəd olub. 2000-ci ildə Kann kinofestivalında "Dancer in the Dark") (Qaranlıq Rəqqası) filmindəki ifasına görə "Ən Yaxşı Aktrisa" adına layiq görülüb.