Breitbart News
From Wikipedia, the free encyclopedia
Breitbart News Network, daha çox Breitbart News, Breitbart və ya Breitbart.com olaraq tanınır — ABŞ konservativ şərhçi Endrü Breytbart tərəfindən 2007-ci ilin ortalarında[6][7][8] yaradılmış ifrat sağ[9][10][11][12][13][14][15] xəbər, məqalə və şərh saytı.[16][17] Ümumi olaraq, saytın jurnalistlərinin ideoloji cəhətdən hərəkət etdiyi düşünülür və məzmununun böyük bir hissəsi liberallar və ənənəvi konserativlər tərəfindən qadınsevməz, homofobik, ksenofobik və irqçi adlandırılmışdır.[18] Saytda bir sıra konspirasiya nəzəriyyələri,[19][20][21][22] Çin əleyhinə ksenofobik nümunələr[23] və qəsdən yanıldıcı məzmun dərc edilmişdir.[24][25]
Breitbart News | |
---|---|
Breitbart News | |
| |
URL | breitbart.com |
Kommersiya | bəli |
Tipi |
Siyasət Xəbər və məqalə |
Qeydiyyat | qeyri-məcburi |
Dilləri | ingilis dili |
Sahibi | Breitbart News Network, LLC[1] |
Müəllif (lər) | Endrü Breytbart |
Redaktor |
Aleks Marlou (baş redaktor)[2] Vinton Holl (idarəedici redaktor)[3] |
Açılma tarixi | 2007[4] |
Hazırkı statusu | aktiv |
Alexa reytinqi |
|
Vikianbarda əlaqəli mediafayllar |
"Breitbart News" keçmiş icraçı sədr Stiv Bennonun idarəsi altında alternativ sağın tərəfini tutmuşdur.[26][27][28] Bennon 2016-cı ildə saytı "alt-sağın platforması" adlandırmışdır.[29] "Breitbart News" 2016-cı ildə Donald Trampın prezidentliyə namizədlik kampaniyasını dəstəkləyənlərin virtual meydanına çevrilmişdi.[18] Şirkətin menecmenti keçmiş heyət üzvü Maylo Yannopulos ilə birlikdə neonasist, falunqun və ağdərili üstünlüyü fikirlərini qoruyan qrup və fərdlərdən ideyalar dərc və təbliğ etmişdir.[30][31] 2016-cı il ABŞ prezident seçkilərindən sonra saytın mübahisəli mövqelərini qınayan internet aktivizmi nəticəsində 2 mindən çox təşkilat "Breitbart News" saytını reklam alışlarından çıxarmışdır.[32][33][34]
Şirkətin baş qərargahı ABŞ-nin Kaliforniya ştatındakı Los-Anceles şəhərində yerləşir, lakin Texas, London və Yerusəlimdə büroları mövcuddur. Saytın həmtəsisçisi Larri Solov Endrü Breytbatrın dul yoldaşı Suzi Breytbart və Merser ailəsi ilə birlikdə şirkətin ortağı,[35] eləcə də icraçı direktorudur.[36]