Belkanto
From Wikipedia, the free encyclopedia
Belkanto (it. Bel canto — "gözəl oxuma" və ya "gözəl mahnı") — bir neçə italyan oxuma stili ilə əlaqədar mənalara malik bir termindir.[1]
19-cu əsrin ortalarına qədər bu termin musiqiçilik "məktəbi" ilə əlaqələndirilmirdi, amma 1860-cı illərin əvvəllərində yazıçılar bu termini 1830 illərdən bəri sıradan çıxmağa başlayan oxuma stilini təsvir etmək üçün istifadə etməyə başladılar.[2] Buna baxmayaraq, "nə musiqi lüğətləri, nə də ümumi lüğətlər 1900-cü ildən əvvəl [bel kanto]nu müəyyən etməyə cəhd göstərmədilər". Bu termin 21-ci əsrdə qeyri-müəyyən və ikimənalı olaraq qalır və tez-tez itirilmiş mahnı ənənəsinə istinad etmək üçün istifadə olunur.[3]