From Wikipedia, the free encyclopedia
Barbar Konan (ing. Conan The Barbarian) — 1982-ci ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Arnold Şvartsenegger iştirak edir. Filmin baş prodüseri Raffaella De Laurentisdir. Filmə Universal Studios və 20th Century Fox kompaniyaları distribütorlik etmişdir.
Barbar Konan | |
---|---|
ing. Conan the Barbarian | |
Janr | Döyüş filmi |
Rejissor | Con Milius |
Prodüserlər |
Raffaella De Laurentis Bazz Feytşans D. Konstantn Konte Edvard Pressman Edvard Sammer Dino De Laurentis |
Əsərin müəllifi | Robert İrvin Hovard |
Ssenari müəllifləri |
Con Milius Oliver Stoun Edvard Sammer (titrdə göstərilməyib) |
Baş rollarda |
Arnold Şvartsenegger Ceyms Cons |
Operator | Dyuk Kallahen |
Bəstəkar | Bezil Poleduris |
Rəssamlar |
Ron Kobb Pyer Luici Basile Velko Despotoviç Bencamin Fernandes Con Blumfild Corco Pastilyone |
İstehsalçı | Dino De Laurentiis Company |
Distribütor | Universal Pictures, Netflix, Disney+ |
İlk baxış tarixi | 16 mart 1982 |
Müddət | 129 dəqiqə |
Büdcə | $16 milyon[1] |
Gəlir | $130 milyon[1] |
Ölkə | ABŞ |
Dil | İngilis dili |
İl | 1982 |
Sonrakı film | Konan Dağıdıcı |
Rəng | rəngli |
Çəkiliş yeri | İspaniya, Almeriya, Almeriya qalası |
IMDb | ID0082198 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmdəki hadisələr müasir sivilizasiyadan min il əvvəl Haybor erasında baş verir. Filmin əvvəli Fridrix Nitsşenin «nə ki bizi öldürmür, bizi gücləndirir» sözləri ilə başlayır və kadr arxası səsləndirilməyə yer verilir. Konanın atası dəmirçidir və qılınc hazırlamaqla məşğuldur. Dəmirçi övladı Konana, poladın onun mənsub olduğu Kimmerlər xalqına lazım olduğunu və sirlərindən danışır. Ardınca Tulsa Dum adlı pis niyyətli sehrbaz, Konanın yaşadığı kəndə hücum edir və buranı məhv edir. Tulsa Dumun köməkçilərindən olan Torqrim əhalini nəhəng çəkic vasitəsilə öldürür, itlər Konanın atasını öldürür və Tulsa Dumun digər köməkçisi olan Reksor Konanın atasına mənsub qılıncı oğurlayır. Konanın anası isə onun qarşısında Tulsa Dum tərəfindən öldürülür. Bu hadisədən sonra kənddə sağ qalan əhali qul kimi satılır.
Baş verən hadisələrin üzərindən illər keçmiş və Konan «Ağrı təkəri» işində çalışaraq, inanılmaz güc qazanmışdır. Konan döyüş sənətinin sirlərini öyrənmək üçün qladiator döyüşlərində iştirak edir. Bir müddət sonra Konanın sahibi ona azadlıq verir. Konan səyahətinə davam edən zaman qəbir kurqanında qılınc tapır və oxatan Subatayı İfritədən xilas edir. Onlar birlikdə Zamor adlı şəhərə yollanırlar. İfritənin sözlərinə görə Konan məhz bu şəhərdə axtardığını tapacaqdır. Onlar burada İlan ayini haqqında eşidirlər və məbədə girməyə qərara gəlirlər. Konan və Subatay məbəd yaxınlığında amazonka Valeriya ilə tanış olurlar. Konan, Subatay və Valeriya birlikdə macəralarını davam etdirirlər.
Konan məbəddən «İlan gözü» adlı qiymətli daşı oğurlayır. Konan qəflətən günəşin altında iki ilan döyüşçüsü təsvir edilmiş emblemi müşahidə edir və İlan ayininin keçmişdə kəndinə hücum etmiş döyüşçülərlə əlaqədar olduğunu başa düşür. Konan, Subatay və Valeriya buradan qaçırlar. Konan «İlan gözü» daşını Valeriyaya hədiyyə verir. Sabahısı gün onlar krallığın döyüşçüləri tərəfindən tutulurlar. Kral Ozrik onları azad edir və əvəzində İlan ayininin təsiri altında olan qızını xilas etmələrini istəyir. Konan Tuls Dumun Dağ hakimiyyətində yerləşdiyi məbədinə təkbaşına yola düşür.
Konan Dağ hakimiyyətinə çatan zaman İlan ayininə qulluq edən döyüşçülərə məxsus paltar geyinir. Lakin qoruyucular onun Konan olduğunu başa düşürlər. Reksor və Torqrim Konana müqavimət göstərirlər. Tulsa Dum öz gücünü Konana göstərmək üçün ətrafda təsir altında qalan qızlardan birinə dağdan atılmasını tələb edir və qız ölür. Danışıqdan sonra Tulsa Dum onu Skorbi ağacına bağlatdırır. Ölüm vəziyyətində olan Konanı dostu Subatay xilas edir. Subatay və Valeriya sehrbaz olan Akironun Konana kömək etməsini üçün ona israr edirlər. Bu zaman Akiro onlara ruhların ondan böyük qiymət tələb edəcəyini qeyd edir. Subatay və Valeriya onun təklifini qəbul edirlər. Akiro onlarla razılaşır və Konanı müalicə etmək üçün ayin hazırlayaraq, ruhları bura istiqamətləndirir. Ayin zamanı ruhlar Konanı oğurlamaq niyyətinə düşür. Lakin Subatay və Valeriya ruhları buradan uzaqlaşdırmağı bacarırlar.
Onlar gecə vaxtı məbədə daxil olurlar və Şahzadəni götürərək, buranı tərk edirlər. Lakin bu zaman onlar döyüşməyə məcbur olurlar. Tulsa Dum zəhərli ox ilə Valeriyanı vurur və Valeriya dünyadan köçür. Bir müddət sonra Konan Tulsa Dumun ordusu ilə döyüşməyə hazırlaşır. Konan və Subatay Tulsu Dumun ordusu üçün çoxlu sayda tələlər hazırlayırlar. Qarşı tərəf tələyə düşür və onlar qəhrəmanlıqla döyüşməyə başlayırlar. Torqrim tələyə düşərək ölür. Konan Reksorla döyüşən zaman onun köməyinə Valeriyanın ruhu gəlir. Reksor məğlubiyyətə düçar edilərək, öldürülür. Bu zaman Konan atasının qılıncını geri götürür. Tulsa Dum məğlubiyyətə uğradığını başa düşür və Şahzadəyə zəhərli ox atır. Subatay Şahzadəni xilas edir. Tulsa Dum təkbaşına məbədə qayıtmağa məcbur olur.
Şahzadə Konana məbədə gizli şəkildə girməyə kömək edir. Bu müddətdə Tulsa Dum ona qulluq edən şəxslərlə danışır. Tulsa Dum Konanı görən zaman onu hipnoz sayəsində özünə tabe etmək istəyir. Lakin Konan onu atasının qılıncı ilə öldürür. Beləliklə, Konan ailəsinin, xalqının və Valeriyanın qisasını almağı bacarır. Bu zaman Tulsa Dumun qulluqçuları müxtəlif istiqamətlərə hərəkət etməyə başlayırlar. Konan məbədi yandırır və səyahətini qərbdə davam etməyə qərara alır. Konan səyahətindən əvvəl Şahzadəni atası Kral Ozrikin krallığına geri aparır.
Aktyor/aktrisa | Rol | Qeydlər |
---|---|---|
Arnold Şvartsenegger | Konan | Döyüşçü |
Ceyms Cons | Tulsa Dum | |
Maks fon Südov | kral Ozrik | |
Sendal Berqman | Valeriya | |
Con Milius | Köhnə şəhərdəki ərzaq satıcısı | titrdə göstərilməyib |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.