2010-cu illər
From Wikipedia, the free encyclopedia
2010-cu illər — Qriqori təqvimində 2010-cu il yanvarın 1-də başlayan və 2019-cu il dekabrın 31-də bitən onillikdir.[1] Onilliyə İkinci Soyuq müharibə — ABŞ və müttəfiqlərinin Rusiya və Çin ilə siyasi qarşıdurması, həmçinin mühafizəkarlıq və liberalizm arasındakı ziddiyyətlərin kəskinləşməsi, Yaxın Şərqdə və Ukraynadakı inqilablar və vətəndaş müharibələri, "üçüncü dünya" ölkələrindən kütləvi miqrasiya və bununla mübarizə cəhdləri daxildir. Mədəniyyətdə əsas yeri internet tutur: İnternet məşhurları, bloqqerlər və strimerlər.