İqqi Azaliya
Avstraliya müğənnisi / From Wikipedia, the free encyclopedia
Ametist Ameliya Kelli (ing. Amethyst Amelia Kelly; 7 iyun 1990[1][2], Sidney[3][4][…]) — əsasən İqqi Azaliya (ing. Iggy Azalea) adı ilə tanınan Avstraliya reper və modeli. Azaliya 16 yaşında musiqi karyerasını davam etdirmək üçün Avstraliyadan ABŞ-yə köçdü. O, əsasən "Pussy" və "Two Times" mahnı kliplərinin YouTube platformasında yayımlanmasından sonra ictimaiyyətdə tanınıb və sürətlə məşhurlaşlaşmağa başlayıb. Azaliya qısa müddət sonra ABŞ reperi T.I.-nin "Grand Hustle" səsyazma şirkəti ilə müqavilə imzladı və ilk debüt işi "Ignorant Art" (2001) mixksteypini buraxdı.
İqqi Azaliya | |
---|---|
ing. Amethyst Amelia Kelly | |
Ümumi məlumatlar | |
Ləqəbi | Iggy Azalea |
Doğum tarixi | 7 iyun 1990(1990-06-07)[1][2] (33 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Uşağı | 1[6] |
Partnyorları |
|
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, mahnı yazarı[d], televiziya ulduzu[d], rəqqasə, repçi, bəstəkar, model[d] |
Fəaliyyət illəri | 2007-ci ildən |
Janrlar | pop musiqisi[10][11], elektronik musiqi[12], hip-hop[d][13][14][…], pop rep[d] |
Albom şirkətləri | Def Jam Recordings[d], Grand Hustle Records[d], Mercury Records[d], Empire Distribution[d] |
iggyazalea.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Azaliyanın ilk studiya albomu "The New Classic" (2014) dünya üzrə bir neçə sıralamada ilk beşliyə daxil olmasına baxmayaraq, müxtəlif tənqidi rəylər almışdır. Azaliya "Top R&B/Hip-Hop Albums"da ilk sırada olan qeyri-amerikalı qadın reper oldu.[15] "The New Classic"dən əvvəl ilk sinqlı "Work" və "Fancy" ABŞ-də "Billboard Hot 100" sıralamasına daxil olmuşdu. "Fancy" sinqlı Ariana Qrandenin 2014-cü ildə yayımladığı "Problem" sinqlından sonra ikinci yerdə qərarlaşmışdır. Azaliya bu hitlərlə debütləri ilə "Hot 100"də eyni anda bir və ikinci sırada yer alan ikinci musiqiçi (The Beatles-dən sonra) oldu.[16][17][18][19]
Azaliya planlaşdırdığı ikinci albomu olan "Digital Distortion" üçün bir sıra sinql buraxdı. Lakin albom şirkəti ilə münaqişə, eləcə də şəxsi münaqişələr səbəbindən layihə ləğv olundu. Nəticədə Azaliya Island Records ilə razılaşaraq "Survive the Summer" (2018) EP-sini buraxdı. Sonrakı fikir ayrılıqları Azaliyanın müstəqil sənətçi olaraq öz şirkəti Bad Dreams-i yartmasına səbəb oldu. Onun ikinci albomu "In My Defense" 2019-cu ildə yayımlandı, ardınca həmin il başqa bir EP-si "Wicked Lips"i buraxdı.[20] Musiqiyə ara verməzdən əvvəl 2021-ci ilin avqustunda üçüncü studiya albomu "The End of an Era"nı yayımladı.
Azaliyanın nailiyyətlərinə iki "American Music Award", üç "Billboard Music Awards", bir "MTV Video Music Awards", bir "People's Choice Awards", dörd "Teen Choice Awards" və dörd "Qremmi" mükafatına namizədlik daxildir. Rəsmi YouTube kanalı 3,4 milyard baxış toplayıb, 15 musiqi videosu Vevo-da 100 milyondan çox izlənilib.