İlon Mask
CAR-da doğulmuş ABŞ sahibkarı / From Wikipedia, the free encyclopedia
İlon Mask (ing. Elon Reeve Musk; 28 iyun 1971[1][2][…], Pretoriya, CAR) — Cənubi Afrika Respublikasında doğulmuş ABŞ sahibkar, mühəndis, investor və milyarderi. Mask SpaceX şirkətinin təsisçisi, informasiya texnologiyalarından cavabdeh rəhbəri və baş icraçı direktoru, Tesla-nın ilkin investoru, baş icraçı direktoru və məhsul dizayneri, The Boring Company-nin təsisçisi və Neuralink və OpenAI şirkətlərinin həmtəsisçisidir. 2022-ci ilin mart ayında xalis sərvəti 270 milyard ABŞ dolları olan[8] Mask həm "Bloomberg milyarderlər siyahısı"na həm də "Forbes" jurnalının milyarderlər siyahısına görə dünyanın ən varlı adamıdır.[9][10]
İlon Mask | |
---|---|
ing. Elon Musk | |
Doğum tarixi | 28 iyun 1971(1971-06-28)[1][2][…] (52 yaş) |
Doğum yeri | |
Həyat yoldaşları |
|
Uşaqları | |
Partnyorları | |
Atası | Errol Mask[d] |
Anası | Mey Mask |
Təhsili |
|
Fəaliyyəti | proqramçı, mühəndis, təşəbbüskar, investor, iş adamı |
Fəaliyyət illəri | 1995-ci ildən |
Mükafatları | |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Mask kanadalı ana və cənubi afrikalı atanın ailəsində dünyaya gəlib CAR-ın Pretoriya şəhərində böyümüşdür. Hərbi xidmətə çağırılmamaq üçün 17 yaşında Kanadaya köçməzdən əvvəl qısa müddət Pretoriya Universitetində təhsil almışdır. O, Kuens Universitetinə qəbul oldu və iki il sonra Pensilvaniya Universitetində təhsilini davam etdirib iqtisadiyyat və fizika ixtisası üzrə bakalavr dərəcəsi aldı. Təhsilini Stenford Universitetində davam etdirmək üçün 1995-ci ildə Kaliforniyaya köçdü, amma burada qardaşı Kimballa birlikdə veb-proqram təminatı şirkəti Zip2-ni quraraq biznes karyerasına başladı. Bu startap 1999-cu ildə Compaq tərəfindən 307 milyon dollara satın alındı. Elə həmin il Mask Confinity ilə birləşərək 2000-ci ildə indiki PayPal olan onlayn bank X.com-u təsis etdi. Şirkət 2002-ci ildə eBay tərəfindən 1,5 milyard dollara satın alındı.
Mask 2002-ci ildə baş icraçı direktoru və informasiya texnologiyalarından cavabdeh rəhbəri olduğu aerokosmik istehsalçı və kosmik nəqliyyat xidmətləri şirkəti SpaceX-i təsis etdi. O, 2004-cü ildə elektrik avtomobili istehsalçısı Tesla Motors-a (indiki Tesla) sədr və məhsul dizayneri olaraq qoşuldu, 2008-ci ildə isə şirkətdə baş icraçı direktor olmuşdur. Mask 2015-ci ildə süni intellekti təbliğ edən qeyri-kommersiya tədqiqat şirkəti OpenAI-nin da həmtəsisçisi olmuşdur. 2016-cı ildə beyin-kompüter interfeyslərini inkişaf etdirməyə yönəlmiş neyrotexnologiya şirkəti Neuralink-in həmtəsisçisi oldu və tunel tikintisi ilə məşğul olan The Boring Company şirkətini təsis etdi. Mask yüksək sürətli vakum qatarların daşınması sistemi olan Hyperloop layihəsini irəli sürmüşdür.
Mask qeyri-adi və qeyri-elmi mövqelərinə və yüksək dərəcədə ictimailəşdirilmiş mübahisəli bəyanatlarına görə tənqid edilmişdir. 2018-ci ildə ABŞ Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) tərəfindən Tesla-nın özəlləşdirilməsi üçün maliyyə vəsaiti əldə etdiyinə dair yalan tvit yazdığına görə məhkəməyə verilmişdir. O, SEC-in sədr vəzifəsindən müvəqqəti olaraq uzaqlaşdırması və Twitter-dən istifadəsinə məhdudiyyətlə qoyması ilə razılaşdı. Mask 2019-cu ildə Tamlanq mağarasının xilas edilməsində məsləhət verən ingilis mağaraçı tərəfindən ona qarşı qaldırılan böhtan məhkəməsində qalib gəldi. Mask, həmçinin, COVID-19 pandemiyası haqqında dezinformasiya yaydığına və süni intellekt, kriptovalyuta və ictimai nəqliyyat kimi məsələlərlə bağlı digər fikirlərinə görə də tənqid edilmişdir.