Əskişəhərspor
Türkiyənin Əskişəhər şəhərini təmsil edən futbol klubu / From Wikipedia, the free encyclopedia
Əskişəhərspor və ya digər adı ilə "Es-Es". 19 iyun 1965-ci ildə Əskişəhərdə qurulan və bir müddət Türkiyə Liqasında mübarizə aparan və hazırda Regional Həvəskarlar Liqasında çıxış edən idman klubudur. Cəmi 6 kubokla Türkiyənin ən çox kubok qazanan 5-ci komandasıdır. Türkiyənin Əskişəhər vilayətini təmsil edir. Əskişəhərspor klubu şəhərin Akademiya Gənclik, İdmanyurdu və Yıldıztəpə klublarının birləşməsi ilə yaradılıb. Klubun rəngləri qara-qırmızıdır.
Cəld faktlar Klubun tam adı, Ölkə ...
Əskişəhərspor | ||||
---|---|---|---|---|
Klubun tam adı | Əskişəhərspor Klubu | |||
Ölkə | ||||
Ləqəb(lər) |
Qırmızı şimşəklər Es-Es |
|||
Rəng(lər) | Qara-qırmızı | |||
Yaranma tarixi | 19 iyun 1965 | |||
Stadionu | Yeni Atatürk Stadionu | |||
Tutumu | 34.000 | |||
Prezidenti | Erkan Koca | |||
Baş məşqçisi | Sezgin Coşkun | |||
Liqa | Regional Həvəskarlar Liqası | |||
2022/2023 | 17. (Düşdü) | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Bağla