Əsaslar
From Wikipedia, the free encyclopedia
Əsaslar — tərkibi bir və ya bir neçə hidroksid qrupu ilə birləşmiş metal atomu və ya müsbət yüklü atomlar qrupundan ibarət olan mürəkkəb maddələrə əsaslar deyilir. Əsasların ümumi formulu Me(OH)n-dir. Elektrolitik dissosiasiya nəzəriyyəsinə əsasən su məhlullarda dissosiasiya edərək anion kimi yalnız hidroksid ionu əmələ gətirən maddələrə əsaslar deyilir:
- Ba(OH)2 → Ba2+ + 2OH¯
- -OH qrupu bir valentlidir və yükü −1 olan iondur. Odur ki, əsasların tərkibindəki hidroksid qrupunun sayı metalın valentliyinə bərabər olur:
- NaOH; Ca(OH)2; Al(OH)3
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/9/96/Acetic-acid-dissociation-3D-balls.png/640px-Acetic-acid-dissociation-3D-balls.png)
Əsaslar suda həll olmalarına, turşuluğuna və qüvvətliliyinə görə təsnif edilir. Əsasların əksəriyyəti suda həll olmur. Suda yaxşı həll olan əsaslara qələvilər deyilir. Qələvi və qələvi-torpaq metalların hidroksiləri qələvilərdir.
- LiOH, NaOH, turşuluğunu müəyyən edir. Məsələn: LiOH — birturşulu; Mg(OH)2 — ikiturşulu; Fe(OH)3 — üçturşulu əsaslardır.
Əsasların qüvvətliliyi onların dissosiasiya qabiliyyəti, yəni -OH ionlarının qatılığı ilə müəyyən edilir. Tam dissosiasiya edən ən qüvvətli əsaslar qələvi metalların hidroksidləridir. Dövri sistemin əsas yarımqruplarında yuxarıdan aşağıya getdikcə əsasların qüvvətliliyi artır. Məsələn, 2-ci qrup elementlərinin hidroksidlərindən Be(OH)2 — amfoter, Mg(OH)2 — orta qüvvətli, Ba(OH)2 — qüvvətli əsasdır. Həm turşularla, həm də qələvilərlə qarşılıqlı təsirdə ola bilən hidroksidlərə amfoter hidroksidlər deyilir. Belə hidroksidlərə misal olaraq Al(OH)3, Zn(OH)2, Zr(OH)3, Fe(OH)3, Be(OH)2, Pb(OH)2 və s. əsasları göstərmək olar.