Əməkdar artistSSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında və Azərbaycan Respublikasında mədəniyyət sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilən fəxri ad.

"Əməkdar artist" fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

  • Azərbaycan SSR əməkdar artisti / Azərbaycan Respublikasının əməkdar artisti
  • Ermənistan SSR əməkdar artisti / Ermənistan Respublikasının əməkdar artisti
  • Gürcüstan SSR əməkdar artisti / Gürcüstan Respublikasının əməkdar artisti
  • Özbəkistan SSR əməkdar artisti / Özbəkistan Respublikasının əməkdar artisti
  • Naxçıvan MSSR əməkdar artisti / Naxçıvan Respublikasının əməkdar artisti
  • Qazaxıstan SSR əməkdar artisti / Qazaxıstan Respublikasının əməkdar artisti
  • Qırğızıstan SSR əməkdar artisti / Qırğızıstan Respublikasının əməkdar artisti
  • RSFSR əməkdar artisti / Rusiya Federasiyasının əməkdar artisti
  • Tacikistan SSR əməkdar artisti / Tacikistan Respublikasının əməkdar artisti
  • Türkmənistan SSR əməkdar artisti / Türkmənistan Respublikasının əməkdar artisti
  • Ukrayna SSR əməkdar artisti / Ukrayna Respublikasının əməkdar artisti

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.