Əmək müqaviləsi
From Wikipedia, the free encyclopedia
Əmək müqaviləsi (ing. contract of employment ,rus. трудово́й догово́р, alm. arbeitsvertrag) – müəssisə əməkdaşının və müdiriyyətinin hüquq və vəzifələrini müəyyən edən rəsmi sənəd. İşə götürmə zamanı rəsmiləşdirilir və hər iki tərəf – işçi və müdiriyyətin nümayəndəsi imzalayır.
Müxtəlif ölkələrdə əmək müqaviləsinin tərkibi və bölmələri fərqlidir. Məsələn Almaniyada uzun illər əmək müqaviləsinin əsas bölmələrinə:
- əmək fəaliyyəti;
- gəlirlər (o cümlədən əməkhaqqı);
- müdafiə tədbirləri (müvəqqəti əməkqabiliyyətsizliyi, əlillik, ölüm hallarında);
- məzuniyyət; 5) əlavə işlərin görülməsi qaydası;
- istehsal və kommersiya sirlərini saxlamaq öhdəliyi;
- ixtiraların rəsmiləşdirilməsi və ödənilməsi şərtləri;
- müqavilənin qüvvədə olduğu müddət və onu ləğv etmək qaydası aid edilirdi.
Əmək müqaviləsinin xüsusi növü işçilər və administrasiya arasında bağlanmış əmək sazişidir. Bu sazişdə əmək münasibətləri və digər münasibətlər, həmçinin tərəflərin hüquq və vəzifələri göstərilir.