Əlvənd (Zərdab)

From Wikipedia, the free encyclopedia

Əlvənd (Zərdab)map

ƏlvəndAzərbaycan Respublikasının Zərdab rayonunun inzibati ərazi vahidində kənd.

Cəld faktlar Ölkə, Rayon ...
Əlvənd
40°07′08″ şm. e. 47°51′39″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Zərdab rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 1.012 nəf.
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 6322
Xəritəni göstər/gizlə
Əlvənd xəritədə
Əlvənd
Əlvənd
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Tarixi

Əlvənd Zərdab rayonunun çox qədim və zəngin tarixi olan kəndlərindən biridir. Güman olunur ki, Əlvənd yaşayış məntəqəsi kimi orta əsrlərin sonlarında formalaşmışdır. Abbasqulu ağa Bakıxanov məşhur "Gülüstani-İrəm" əsərində Əlvənddən bəhs edərək yazır ki, 1775-ci ildə "Ağası xan da Əlvənddə oturub bütün Şirvana hökmran oldu..." Məntiqə görə Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi, 1498-ci ildə özünü Təbrizdə hökmdar elan etmiş və tezliklə qardaşı Məhəmməd Mirzə tərəfindən məğlub edilib taxtdan salınan Əlvənd Mirzənin – Yusif Mirzə oğlunun (1504-cü ildə Diyarbəkirdə vəfat etmişdir) Əlvənddən olduğunu söyləmək səhv olmaz.

Əlvəndin tarixinə aid maddi mənbələr 1965-1970-ci illərdə kəndin şimal-şərdində yerləşən "Dəvəçökəyi" adlanan ərazidə meliorasiya işləri zamanı aşkar edilmişdir. 4-5 metr dərinlikdə aparılan qazıntı işləri zamanı çoxlu sayda naxışsız gil qablar, bəzək əşyaları, müxtəlif əmək alətləri tapılmışdır (ərazi öz arxeoloji tədqiqini gözləyir). Bu da Kür-Araz mədəniyyəti adlanan Erkən Tunc dövrünə (e.ə.IV minillik) gedib çıxır. Bu ərazi indi də el arasında xan qızının hanasının qaldığı yer kimi hallanır. Digər maddi mənbə 1956-cı ildə kənddəki köhnə qəbristanlıgın ətrafında aparılan qazıntı işləri zamanı aşkara çıxan küp qəbirlərdir. Bu da Əlvəndin tarixinin eramızdan əvvələ gedib cıxdığını bir daha sübut edir.

Tarixi mənbələrdə qədim "İpək yolu"nun Əlvəndin ərazisindən keçdiyi qeyd olunur. Əlvəndin yaşlı sakinləri kəndin bir məhəlləsini bu yaxınlara qədər Biləqanlı adlandırırdılar. Mütəxəssislər bunu XIII əsrdə monqolların məhv etdiyi qədim Beyləqan (xarabalıqları Mil düzündədir, Örənqala adlanır) şəhərindən köçüb gələnlərin nəsilləri hesab edirlər.

XVIII əsrə aid sənədlərdə Əlvənddən ipəkçilikdə, ticarət və gəmiçilikdə müəyyən rolu olan yer kimi danışılır. Mənbələrdə yazılır ki, həmin vaxtlar burada ipək emalı müəssisəsi, gəmi dayanacağı, çoxlu karvansara, ticarət binaları, Qarabağa gediş-gəliş üçün bərə vardı. Əlvənd bazarına hər şənbə Ağcabədidən, Zərdabdan, Göyçaydan, Ucardan, İmişlidən alverə gəlirdilər. Bu yerlərin kənd təsərrüfatı məhsulları Əlvənddə toplanır və gəmilərlə uzaqlara daşınırdı. İndi də Qarabağ ərazisində "Əlvənd yolu" deyilən qədim bir yol var.

Həsən bəy Zərdabi 1893-cü ildə yazırdı ki, XIX əsrin 60-cı illərində Moskvada yaşayan Şamaxı sakinləri Qədir ağa və Hacı Abdulrəhman qardaşları hər biri yüz vedrəyə qədər su tutan 30-a yaxın çuqun qazan alıb gətirib onları Əlvənd kəndində qurdurublar və biyan kökü şirəsi istehsal etməyə başlayıblar. Sonralar bir nəfər alman və erməni Martiros Ucar yaxınlığındakı Qarabörk kəndində biyan kökü şirəsi hazırlamağa başlayır. Təbii çoxalan biyan Zərdabın demək olar bütün sututar ərazisində yetişirdi. Əvvəllər biyandan ancaq mal-qara üçün qaba yem kimi, oduncağından isə ocaqda yandırmaq üçün istifadə edirdilər. Biyan kökü şəkər istehsalı üçün əvəzsiz xammal kimi kəşf edildikdən sonra onun sənayedə istifadə olunması zərurəti meydana çıxdı və biyan kökü tədarük etmək zərdablılar üçün yeni bir istehsal fəaliyyəti növünə çevrildi. Kür çayı boyunca yabanı halda yetişən biyanın şöhrəti sonralar dünyanın bir çox ölkələrinə yayılmışdı. Kür vadisindəki biyan kökü və ondan alınan şirə Avropaya, Amerikaya yollanırdı. Bu zavodlarda emal edilən biyan kökünün tədarükçüləri arasında zərdablılar çox idi. Dəmiryolu yükün daşınması üçün yaxşı imkan yaratdığına görə zavodlar əsasən dəmiryol stansiyaları yaxınlığında tikilirdi. Məhsul isə zavodların yaxınlığındakı qonşu rayonlardan daşınırdı.

1887-ci ilə aid bir sənəddə Əlvənd adının yanında "Böyük kənd" sözü də yazılmışdır. Əlvəndə bir zamanlar Kürdəmirin Sovla kəndindən də köçüb gəlmişlər. XX yüzilliyin 40-cı illərində isə Ermənistanın Abaran rayonunun Kirəşli kəndindən zorla çıxarılan 35 azərbaycanlı ailəsi Əlvəndə deportasiya edilmişdir. Qəribədir ki, ikinci dünya müharibəsi zamanı – 1941-ci il avqustun 25-də alman təyyarəsi Əlvənd üzərində uçmuş, bu kəndə bomba atmışdır. Həmin yandırıcı bomba taxıl zəmisinə düşmüş, partlamamışdır və bu gün də Zərdab tarix-diyarşünaslıq muzeyində eksponat kimi nümayiş etdirilir.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.