Əlkimya
From Wikipedia, the free encyclopedia
Əlkimya və ya kimyagərlik — elmi biliklər sisteminə əsaslanmayan 4-16 əsrlər kimyasının adı. Əlkimya, Fəlsəfə daşı adlanan mövhumi daş vasitəsilə ucuz mis və qurğuşun metallarını qızıl və gümüşə çevirməyin mümkün olması kimi yanlış ideya üzərində qurulmuşdu. Orta əsrlərdə kimya elmi yaranana qədər elmin, magiyanın və dinin əcaib qarşığından ibarət olan əlikimya mövcud olmuşdur.Əlkimya ilə məşğul olan kimyagərlər öz yanlış ideyalarına nail ola bilməsələr də, tətbiqi kimyanın inkişafına müəyyən dərəcədə xidmət göstərmiş və istifadə etdikləri kimyəvi prosesləri tədriclə təkmilləşdirmişlər. Əlkimya III - IV əsrlərdə Misirdə meydana gəlmişdi. Orta əsrlərdə Avropada geniş yayılmışdı. Əlkimyaçıların (kimyagərlərin) əsas məqsədi oksidləşən (qeyri-nəcib) metalların qızıl və gümüşə (nəcib metallara) çevrilməsinə yardım edəcək “fəlsəfə daşı”nın, eləcə də “əbədi həyat iksiri”nin tapılmasından ibarət idi. Kimyagərlərin tədqiqatlarının praktiki nəticəsi bir çox qiymətli məhsulların - qarışıq metalların - xəlitələrin, mineral və bitki yağlarının, şirlərin (minaların), şüşə, dərman və s. alınmasına, eləcə də yeni kimyəvi cihazların yaradılmasına səbəb olmuşdur.