Əli Cavad oğlu Əhmədov (27 yanvar 1953, Dərə, Basarkeçər rayonu) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini (2024-cü ildən), Milli Məclisin II, IIIVII çağırış deputatı (2000–2010, 2024–h.h.), Azərbaycan Respublikası Baş nazirinin müavini (2013–2024), Yeni Azərbaycan Partiyası sədrinin müavini və idarə heyətinin üzvü, fəlsəfə doktoru, professor.[1]

Cəld faktlar Sədr, Seçki dairəsi ...
Əli Əhmədov
Thumb
bayraq
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini
bayraq2
Vəzifədədir
23 sentyabr 2024-cüildən
SədrSahibə Qafarova
Vəzifədədir
23 sentyabr 2024-cüildən
Seçki dairəsiVII çağırış — 25 saylı Nizami ikinci
24 noyabr 2000 29 noyabr 2010
Seçki dairəsiII çağırış — proporsional
III çağırış — 19 saylı Nərimanov birinci
Yeni Azərbaycan Partiyası sədrinin müavini
Vəzifədədir
2005-ciildən
Sədrİlham Əliyev
22 oktyabr 2013 23 sentyabr 2024
Baş nazirArtur Rasizadə
Novruz Məmmədov
Əli Əsədov
Yeni Azərbaycan Partiyasının icra katibi
1999 5 mart 2021
bayraq
Xətai Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
8 sentyabr 1999 28 iyun 2000
Şəxsi məlumatlar
Doğum tarixi 27 yanvar 1953(1953-01-27) (71 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • fəlsəfə üzrə fəlsəfə doktoru[d]

Təltifləri "Şərəf" ordeni  — 2023 "Şöhrət" ordeni  — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bağla

Həyatı

Əli Cavad oğlu Əhmədov 1953-cü il yanvarın 27-də Ermənistan SSR Basarkeçər rayonunun Dərə kəndində anadan olmuşdur. Moskva Dövlət Tarix-Arxiv İnstitutunun tarix fakültəsini bitirmişdir. 1 dərsliyin, 50-dən çox elmi əsərin və məqalənin müəllifidir.

1975-ci ildən Baş Arxivlər İdarəsinin baş elmi işçisi, Azərbaycan EA-nın Mərkəzi Elmi Baş Arxivinin müdiri olmuşdur. 1980-ci ildən Azərbaycan Dövlət Universitetində laborant, müəllim, baş müəllim, dosent, kafedra müdiri işləmişdir.

Siyasi fəaliyyəti

1997-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini vəzifəsində çalışmışdır. 1999–2000-ci illərdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur. 22 oktyabr 2013-cü ildən Azərbaycan Respublikası Baş nazirinin müavinidir.[2]

Azərbaycan Respublikası ilə Qırğızıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədridir.

Parlamentdə

2000-ci ildə ikinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvü olmuşdur. 2010-cu ildə dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir. Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Belarus, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

O, 2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin VII çağırış deputatı seçilib. O, yeni çağırış parlamentin ilk iclasında Milli Məclis sədrinin birinci müavini seçilib. 23 sentyabr 2024-cü ildə Prezidentin sərəncamı ilə Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilib.[3][4]

Partiya fəaliyyəti

1999-cu ildə Yeni Azərbaycan Partiyasının I qurultayında partiyanın İcra katibi seçilmişdir. Partiyanın 2005-ci ildə keçirilən III qurultayında,2013-cü ildə keçirilən V qurultayında və 2018-ci ildə keçirilən VI qurultayında YAP Sədrinin müavini və İcra katibi seçilmişdir. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP Sədrinin müavini və İdarə Heyətinin üzvü seçilib.[5]

16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə müraciət edən 91 ziyalıdan biridir.

Ailə həyatı

Evlidir, 2 övladı var.

Təltifləri

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Kavaler" ordeni ilə təltif olunmuşdur.[6]

2013-cü yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.[7]

2023-cü yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Əli Cavad oğlu Əhmədov "Şərəf" ordeni ilə təltif edilib.

İstinadlar

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.