Əgər sabah açılsa (miniserial, 1986)
From Wikipedia, the free encyclopedia
Əgər sabah açılsa (ing. If Tomorrow Comes) - 3 seriyadan ibarət mini-serialdır. 1986-cı ildə ABŞ yazıçısı Sidni Şeldonun eyniadlı romanı əsasında çəkilmişdir.[1] Baş rolları Medolin Smit Osborn, Tom Berencer, Liam Nison və Devid Keyt ifa edir. Filmin rejissoru və prodüserlərindən biri 1983-cü ildə çəkdiyi "Rəhbərlər" adlı mini-seriyalı bədii televiziya filminə görə "Emmi" mükafatıına layiq görülən ABŞ rejissoru Cerri Londondur. "Əgər sabah açılsa" mini-serialı Cerri Londonun rejissorluq və prodüserlik etdiyi "Rəhbərlər" mini-serialından sonra ən yaxşı filmidir. Treysi Uotni rolunu ifa edən Medolin Smit-Osborn bu filmdən əvvəl digər filmlərdə epizodik rollarda çıxış etmişdir. Bu film onun ilk baş rolda çəkildiyi filmdir. Filmin musiqisini İngilis bəstəkarı Nik Bikat bəstələmişdir. Andre Trenyan adlı psixopat detektiv olan "Deniel Kuper" rolunu Devid Keyt ifa edir. Filmdə Treysinin ilk sevgilisi Çarlz Stenhoup rolunu Con Loflin, ona oğurluqda kömək edən Ceff Stivens rolunu isə Tom Berencer ifa edir. "Əgər sabah açılsa" filmində mafiya bandası tərəfindən həbsxanaya atılan, lakin buna baxmayaraq başına gələcəyi bütün bu hadisələrin üstəsindən gələn Treysinin həyatından danışılır.[2]
Əgər sabah açılsa | |
---|---|
ing. If Tomorrow Comes | |
![]() "Əgər sabah açılsa" filminin afişası | |
Janr | Melodram |
İlk baxış tarixləri | 16 mart 1986 |
Rejissor | Cerri London |
Operator |
Denis Lüiston Pol Lomann |
Prodüser |
Karmen Kalver Nik Qillot Cerri London Bob Markell |
Yaradıcısı | Sidni Şeldon |
Ssenarist |
Roman: Sidni Şeldon Uyğunlaşdıran: Karmen Kalver |
Rollarda |
Medolin Smit Osborn Tom Berencer Liam Nison Devid Kit |
Bəstəkar | Nik Bikat |
Montajçı |
Dik Darlinq Bernard Qribbl Corc V. Bruks |
Rəssam |
Robert V. Leyn Robert Kartrayt Cek De Şilds Kit Surrey Qrehem Uilyam Çarlz Qreffeo |
İstehsalçı ölkə |
![]() |
İl | 1986 |
Dil |
İngilis dili Fransız dili |
İlk çıxış tarixi |
![]() ![]() |
Növü |
Detektiv Triller |
Rəng | Rəngli |
Mövsüm sayı | 1 |
Seriya sayı | 3 |
Davametmə müddəti | 304 dəqiqə |
Telekanal | Columbia Broadcasting System |
IMDb | ID0090455 |