From Wikipedia, the free encyclopedia
Ədat — sözlərin və cümlələrin təsir gücünü artıran köməkçi nitq hissəsi. Ədatlar cümləyə müxtəlif cəhətdən məna incəlikləri verir, ifadənin səlistləşməsinə və fikrin məntiqi qurulmasına xidmət edir.
'Ən, lap, daha, axı, hətta, artıq, -ca², da, də, ha, düz, bir, ki, necə, nə, belə, olduqca, heç ' ədatları qüvvətləndirici ədatlardır. Məsələn:
Elə, məhz, əsl ədatları dəqiqləşdirici ədatlardır. Məsələn:
Ancaq, təkcə, tək, bircə, yalnız, bir ədatları məhdudlaşdırıcı ədatlardır. Məsələn:
Bəs, məgər, bəyəm, yəni, -mı⁴, ki ədatları sual ədatlarıdır. Məsələn:
Bəs və məgər ədatları bir-birinin sinonimidir: Məgər (bəs) gəlməmişdin?
Di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, -sana², -sanız² ədatları əmr ədatlarıdır. Məsələn:
Kaş, gərək, kaş ki, təki, barı, bircə ədatları arzu ədatlarıdır. Məsələn:
Hə, yox, bəli, xeyr, heç, əsla ədatları təsdiq və inkar ədatlarıdır. Məsələn:
Bəzən eyni bir ədat müxtəlif mənalarda işlənə bilər. Məsələn, Bu ki bizim Əlidir! cümləsində ki ədatı qüvvətləndirmə mənasını, Ay uşaq, xəstələnməmisən ki? cümləsində isə sual mənasını bildirir.
Ha ədatı həm qüvətləndirici, həm də əmr ədatı kimi işlənə bilər. Feilin əmr şəkli ilə işləndikdə bu ədat əmr ədatı, digər sözlərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn:
Qoysana və gəlsənə sözləri bəzən yalnız ədat kimi, yerinə görə isə feil + ədat kimi işlənir. Məsələn:
Çox sözü həm say, həm zərf, həm də ədat kimi işlənə bilir:
Necə sözü həm sual əvəzliyi, həm də ədat kimi işlənə bilir:
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.