![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/61/Alfa_beta_gamma_radiation_penetration.svg/langaz-640px-Alfa_beta_gamma_radiation_penetration.svg.png&w=640&q=50)
Şüalanma
From Wikipedia, the free encyclopedia
Şüalanma – enerjinin şüalar (görünən və görünməyən) vasitəsilə köçürülməsi prosesi. Şüalanma tam vakuumda da baş verir. Güclü və yaxud zəif qızdırılmış bütün cisimlər (insan bədəni, soba, lampa) enerji şüalandırır. Şüalanma cisimlərdən yayılaraq başqa cisimlərin üzərinə düşür. Bu halda şüalanma enerjisinin bir hissəsi əks olunur, bir hissəsi cisimlər tərəfindən udularaq onların daxili enerjisinə çevrilir. Bunun nəticəsində cisimlər qızır. "Radiaktiv" maddələrin alfa, betta və qamma kimi şüaların yayılmasını və ya Kosmosda yayılan hər hansı bir elektromaqnetik şüanı meydana gətirən ünsürlərin hamısına Radiasiya deyilir. Bir maddənin atom nüvəsindəki neytronların sayı, proton sayına görə olduqca çoxdursa, bu cür maddələr qərarsız bir quruluş göstərməkdə və nüvəsindəki neytronlar alfa, betta və qamma kimi müxtəlif şüalar yaymaq sürətiylə parçalanmaqdadırlar. Ətrafına bu şəkildə şüa saçaraq parçalanan maddələrə Radioaktiv maddə ("işıqlanmış maddə") deyilir.
![](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/61/Alfa_beta_gamma_radiation_penetration.svg/640px-Alfa_beta_gamma_radiation_penetration.svg.png)
Alfa (α) şüaları kağızın sonuna doğru nüfuz edə bilmir.
Beta (β) şüaları kağızı keçdikdən sonra alüminium materialdan keçə bilmir.
Qamma (γ) şüaları isə kağız, alüminium və qurğuşun materiallarından korlaşaraq keçə bilir.
Şüalanma sözünün mənası bir nöqtədən çıxma, yayılma, səpilmə (şüa-bir nöqtədən başlayan düz xətt) deməkdir. Şüalanmaya aşağıdakılar aiddir:
- radio dalğaları, mikrodalğalar, infraqırmızı dalğalar, işıq, ultrabənövşəyi dalğalar , rentgen və qamma şüaları kimi elektromaqnit şüalanması (γ)
- hissəcik radiasiya kimi alfa radiasiya (α), beta şüalanma (β) və neytron şüalanma (qeyri-sıfır qalan enerji hissəciklər)
- ultrasəs, səs və seysmik dalğalar kimi akustik radiasiya (fiziki ötürmə mühitindən asılıdır)
- qravitasiya radiasiyası, qravitasiya dalğaları formasını alan radiasiya