From Wikipedia, the free encyclopedia
Şota Rustaveli (gürc. შოთა რუსთაველი; 1172[1][2][…] – 1216[1][2][…], Qüds, Əyyubilər sülaləsi) — XII əsr gürcü şairi, Gürcüstan ədəbiyyatının böyük yazıçılarından birdir.
Onun yazdığı "Pələng dərili cəngavər" (gürc. ვეფხისტყაოსანი — Vepkhistkaosani) dünya poeziyasının ən parlaq nümunələrindəndir.
Rustavelinin həyatı haqqında təxmini məlumatdan bəllidir ki, o, Mesxeti yaxınlığındakı Rustavidə anadan olub, XII əsrin ikinci yarısı, XIII əsrin əvvəllərində yaşamış, təhsilini Zərzəm monastrında, sonra da Kaxetiya ruhani akademiyası İkaltoda almışdır.
Şotaya çariça Tamara özü hamilik etmişdir. O, bir qrup gürcü gəncləri ilə bərabər Ş. Rustavelini də Bizansa göndərmişdir. Bəzi təxmini mülahizələrə görə Ş. Rustaveli Bizansdan qayıdandan sonra Tamaranın rəğbətini daha da qazanmış və onun sarayında yaşamışdır. "Pələng dərisi geymiş pəhləvan" poemasının ithaf hissəsində Ş. Rustavelinin Tamaranı vəsf etməsi onun hakimiyyətinə açıq pərəstişindən irəli gəlir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.