From Wikipedia, the free encyclopedia
Şir, cadugər və paltar şkafı (ing. The Lion, the Witch and the Wardrobe) – Klayv Steyplz Lyuis tərəfindən yazılan və Ceffri Bles tərəfindən 1950-ci ildə nəşr olunmuş epik-fantastik roman. "Narniya xronikaları"nın nəşr olunmuş ilk kitabıdır.
ing. The Lion, the Witch and the Wardrobe | |
Müəllif | Klayv Steyplz Lyuis |
Janrlar | epik fentezi, uşaq ədəbiyyatı |
Orijinalın dili | ingiliscə |
Ölkə | |
Orijinalın nəşr ili | 16 oktyabr 1950 |
Rəssam | Paulina Bayns |
Seriya | Narniya xronikaları (romanlar seriyası) |
Nəşriyyat | Ceffri Bles |
Əvvəlki | Sehrbazın qardaşı oğlu |
Sonrakı | Şahzadə Kaspian |
Elektron versiya |
Romandakı hadisələrin böyük hissəsi pis ağ cadugər tərəfindən idarə olunan danışan heyvanlar və əfsanəvi məxluqlar ölkəsi olan Narniyada baş verir. Əsər müharibədən qaçan 4 uşağın yaşlı professor qohumlarının yanına köçməkləri ilə başlayır. Ən balaca uşaq olan Luci Narniyaya 3 dəfə səyahət edir. Üçüncü dəfə bacı və qardaşları da Luci ilə birlikdədir. Məlum olur ki, narniyalılar köhnə və məşhur fala inanırlar. Fala görə, Adəm və Həvva uşaqları Narniyanı xilas edəcək. Uşaqlar istəməsə də, özləri və Narniyanın gələcəyi uğrunda döyüşməli olurlar. Bu işdə onların ən böyük dəstəkçiləri Aslandır. Hələ Aslan onları qorumaq üçün həyatını da fəda edir. Ancaq yenidən dirilərək özü və müttəfiləri ilə köməyə gəlir. Sonuncu qanlı döyüşdə Adəm-Həvva övladları qalib gəlir. Heyvanları daşa çevirən ağ cadugər Aslan tərəfindən öldürülür. Uşaqlar isə Narniyanın kral və kraliçaları olur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.