Şahingöz (ing. Hawkeye) — ABŞ komiks nəşriyyatı Marvel Comics tərəfindən 1964-cü ildə yaradılan komiks personajı. Sten Li və Don Hek tərəfindən uydurulmuşdur. İndiyə qədər 4 filmdə görsənmişdir. Qisasçılar komandasının sabiq üzvüdür. Əsas bacarığı yüksək dəqiqliklə ox atmasıdır.

Cəld faktlar Nəşriyyat, Yayım tarixi ...
Şahingöz
ing. Hawkeye
Thumb
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Bəlirsizlik hekayələri" #57 (sentyabr 1964)
Yaradıcı(lar) Sten Li
Don Hek
Xüsusiyyətlər
Əsl adı Klinton Fransis "Klint" Barton
Doğum yeri Vaverli, Ayova
Cinsiyyəti kişi
Boyu 190,5 sm
Çəkisi 104 kq
Göz rəngi göz
Saç rəngi sarı
Növü insan
Vətəndaşlıq
Komiks bioqrafiyası
Üzvlükləri Qisasçılar
Qisasçılar Akademiyası
Müdafiəçilər[1]
Böyük Göllər Qisasçıları
Yeni Qisasçılar
Gizli Qisasçılar[2]
İldırımsaçanlar
Qərb Sahili Qisasçıları
Vəhşi Dəstə
Dünya Anti-Terrorizm Agentliyi
Partnyorları Qara dul
Alaycı quş
Keyt Bişop[3]
Düşmənləri Loki
Ləqəbləri Qoliaf, Qızıl Oxçu, Robin Qud, Çəhrayı-adam
Gücləri İnanılmaz bacarıqlı oxçu
Əla pilot
Silahları Yay və müxtəlif funksiyalı oxlar
Bağla

IGN-nin "Ən yaxşı 100 komiks super qəhrəmanı" siyahısında 44-cü yeri tutmuşdur.[4]

Bioqrafiya

İlk illəri

Thumb
Şahingöz ilk dəfə komiksdə: "Bəlirsizlik hekayələri" #57 (sentyabr 1964)

Əsl adı Klint Bartondur. Karyerasına bir sirkdə[5] işləməklə başlamışdır. Qılınc-adam[6]Trik Şot[7] kimi Marvel dünyasının ən sərrast personajları tərəfindən öyrədilən Klint həyatını sirkdə ox atmaqla qazanmışdır.[8] Dəmir adamla qarşılaşması ona bacarıqlarından cinayətkarlara qarşı mübarizə aparmaqdan ötrü istifadə etməsinə ilham vermişdir.

Amma Klint ilk cəhdindəcə polis tərəfindən səhv başa düşülərək özü cinayətkar hesab olunmuşdur. Super qəhrəman olmaq istəyən Şahingöz cinayətkar olmuş və Dəmir adamın düşməninə çevrilmişdir.

Amma bu cür həyata alışa bilməyən Şahingöz onu yenidən cəmiyyətə qazandırması üçün Dəmir adamın yanına gəlmiş və Dəmir adam onu Qisasçılar komandasının üzvü etmişdir.[9]

Şahingöz daha sonra Kapitan Amerika, Dəmir adamTor kimi qəhrəmanlardan sonra əvəzedilməz olacağı Qisasçılar komandasına ilk dəfə qatıldığında komandanın qurucu üzvləri Dəmir adam, Eşşək arısı, Qarışqa-adam və Tor ayrıldığından o zaman Kapitan Amerika, Qırmızı cadugərCivədən ibarət komandada döyüşməyə başlamışdır.

İlk komandaya görə zəif görsənsə də, lider problemini həll etdiklərindən yeni komanda Doktor Dum kimi anti-qəhrəmanları məğlub edərək xalqın sevgisini qazana bilmişdir. Amma Şahingözün özünü Kapitan Amerikadan daha yaxşı lider olduğunu görməsi kompleksi bitmək bilməmişdir. 1965-ci ildən 2013-cü ilə qədər davam edən bu xüsusiyyət hər nə qədər Kapitan Amerikanın ondan daha yaxşı lider olduğunu qəbul etsə də, Kapitan Amerikaya hörmət bəsləsə də, onun ayrılmaz xüsusiyyəti olmuşdur.[10]

Şahingöz uzun illər boyunca bu komandanın ayrılmaz üzvü olmuşdur. Hətta bir ara Hank Pimin (Qarışqa-adam) ixtira etdiyi alətlə böyüyə bilən Qoliaf[11] adını götürsə də, sonda yenə oxçuluğuna qayıtmışdır. Ən vacib Qisasçılar üzvlərindən biri olmaq ona bəs etmədiyindən bir neçə dəfə özünü tək işləyə bildiyini göstərmək üçün komandadan ayrılmışdır, amma komandadan qopa bilməmişdir.

Qisasçılardan ayrılması

Belə ayrılıqların birincə gələcək həyat yoldaşı Alaycı quşlə tanış olan Şahingöz geri qayıdanda üzvlərin sayı çox olduğundan Qisasçılar komandasından ABŞ-nin qərbində yeni komanda qurması haqqında təlimat almışdır.

Qərb Sahili Qisasçıları[12] adlanan bu komanda ABŞ-nin qərbində təhlükəsizliyə nəzarət etməyə başlamışdır və Klint Barton həmişə özünə layiq bildiyi liderliyi ilk dəfə əldə etmək şansı yaxalamışdır. Amma Dəmir adam və Tor kimi üzvlərə görə tam "lider" olması ertələnmişdir. Qərb Sahili Qisasçıları komandasında işləyərkən bir tərəfdən də Qisasçılar komandasında da fəaliyyət göstərirdi. Amma Alaycı quşün şeytan Mefisto tərəfindən öldürülməsi Qərb Sahili Qisasçılarının bağlanmasına və Şahingözün bir müddət Qisasçılardan ayrılmasına səbəb olmuşdur.

Thumb
Şahingözün Ronin adı ilə Yeni Qisasçılara qatılması

Daha sonra İldırımsaçanlar komandasına qoşulmuşdur. Şahingöz bir müddət bu qrupun lideri olmuşdur və özündən əvvəlki lider Munston ilə sevgi əlaqələri yaşamışdır. Bu dövrdə həm Qisasçılarda, həm də Qisasçılara qarşı döyüşən Şahingöz sonda keçmiş komandasına qayıtmışdır.

Qisasçılara qayıtmasının[13] ardından Eşşək arısı ilə aralarında bəzi münasibətlər yaşanmışdır. Qisasçıların dağılması dövründə Alaycı quşin (Vanda Maksimov) kontrolunu itirməsi ilə ölən üzvlərdən biri olmuşdur.

Qırmızı cadugərin yaratdığı "M günü" dünyasında həyatda olan Şahingöz bir yol tapın öz dünyasına qayıtmışdır. Bundan sonra Qisasçıları arxada buraxıb itmiş Qırmızı cadugərin dalınca getmişdir. Doktor Strencin köməyi ilə Vandanı tapmışdır. Şahingöz bir müddət Qisasçılardan uzaqlaşmışdır.

Vətəndaş müharibəsi və sonrası

Vətəndaş müharibəsindən sonra Kapitan Amerikanın kostymunu geyinməyə yaxın olsa da, bunun yanlış olduğuna qərar verən Şahingöz Ronin adı altında Yeni Qisasçılara qatılmışdır. Skrull müharibəsi zamanı öldürüldüyü zənn edilən həyat yoldaşı Alaycı quşün əslində Skrullar tərəfindən qaçırıldığını öyrənən Şahingöz Alaycı quş ilə Qisasçılara yenə geri dönmüşdür. Qaranlıq Səltənətdə Norman Osbornun liderliyinə qarşı çıxaraq Yeni Qisasçıların lideri seçilmişdir. Bu zaman Hörümçək-adam, PorsuqLuk Keyc ilə yaxınlaşmışdır.

Amma Qaranlıq Səltənətin sonlarına doğru Norman Osborndan bezən Klint onu təkbaşına aradan qaldırmağa qərar vermişdir. Əvvəlcə hər şey yolunda getsə də, sonda Norman Osborn tərəfindən əsir alınmışdır. Norman Osborn onun beynindən Yeni Qisasçıların yerini tapmışdır.

Osbornun basqınından əvvək qərargahı tərk edə bilən Yeni Qisasçılardan hərəkətinə görə üzr istəyən Şahingöz Kapitan Amerikanın yenidən dirilməsindən sonra liderliyi buraxmışdır. Mühasirə hekayəsi zamanı Qisasçılar Norman Osbornu məğlub etmişdirlər.

Alaycı quşlə uzun illər davam edən neqativ əlaqələrdən sonra Hörümçək-qadın ilə yaxınlaşmağa başlamışdır. Kapitan Amerika tərəfindən qurulan Gizli Qisasçıların liderliyini ələ keçirən Şahingöz yeni kostyum[14] da geyinməyə başlamışdır.

Maraqlı faktlar

Thumb
Ceremi Renner "Qisasçılar: Altron dövrü" (2015) filmində Şahingöz rolunda
  • Şahingöz Qoliaf olduğu kiçik müddət istisna olmaqla heç bir super gücü olmamışdır. Amma Kapitan Amerika tərəfindən müxtəlif döyüş sənətləri öyrənən Şahingözün fiziki göstəriciləri yüksəkdir.
  • Şahingözün ancaq yay və oxdan istifadə etməsi oxuyucular tərəfindən gülməli personaj hesab edilməsi ilə yanaşı komiks yazıçılarının böyük hadisələrdə alternativ yollar axtarmağa sövq etmişdir. Ən məşhur yol Şahingözün müxtəlif növ oxlardan istifadə etməsidir. Elektrikli, torlu, zəhərli, səsli, bombalı, buzlu və s. kimi ox növləri oxuyucuları yorulmağa qoymur.
  • Alaycı quş ilə macərlarının birində səs dalğalrından istifadə edən Krosfayra qarşı döyüş zamanı Şahingöz eşitmə qabiliyyətinin 80 %-ni itirmiş, hətta bir müddət eşitmə cihazı taxmalı olmuşdur. Bu, daha sonra Fantastik Dördlüyün üzvü Riçard tərəfindən düzəldilmişdir.
  • Şahingöz bir çox qadın personajla sevgi münasibəti yaşamışdır: Alaycı quş, Eşşək arısı, Qırmızı cadugər[15], Hörümçək-qadın, Munston, Qara dul və s.
  • Şahingöz ox atmasına baxmayaq əvvəllər düşmənlərini öldürməməyi seçirdi. Brayan Maykl Bendisin Qisasçıların yazıçılığını etdiyi dövrdə Klin bu mövzuda daha sərbəst qəhrəmana çevrilmişdir.

Media

Filmlər

Şahingözün görsəndiyi ilk film 2011-ci il istehsalı "Tor"[16] filmi olsa da, bu filmdə cəmi bir neçə dəqiqəlik görsənmişdir. İlk populyarlaşdığı film 2012-ci ildə çəkilən "Qisasçılar"[17] filmi olmuşdur. 2015-ci ildə "Qisasçılar: Altron dövrü"[18] filmində də bu personaj yer almışdır. 2014-cü ildə "Kapitan Amerika: Qış əsgəri" filmində də qısa müddətlik canlandırılmışdır.[19] Bütün filmlərdə Şahingöz rolunu Ceremi Renner oynamışdır. 2016-cı ildə tamamlanacaq "Kapitan Amerika: Vətəndaş müharibəsi" filmində də yer almışdır.[20]

İstinadlar

Xarici keçidlər

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.