İran Prezidenti
From Wikipedia, the free encyclopedia
İran Prezidenti — İran xalqı tərəfindən seçilmiş dövlət başçısı.
İran Prezidenti | |
---|---|
رئیسجمهور ایران | |
Vəzifədədir Məsud Pezeşkian 28 iyul 2024-cü ildən | |
Başçılıq edir | İran |
Müraciət forması | Cənab Prezident[1] |
Rəsmi iqamətgahı | Saadabad sarayı |
Səlahiyyət müddəti | 4 il, iki dəfə |
Vəzifənin təsis tarixi | 4 fevral 1980 |
Vəzifədə birinci | Əbülhəsən Banisədr |
Rəsmi saytı | president.ir |
Vikianbarda əlaqəli mediafayllar |
İranda prezident 4 illik seçilir. Bir nəfər ard-arda iki dəfədən artıq prezident seçilə bilməz.
İran prezidenti hökumətə başçılıq edir, vitse-prezidentləri, nazirləri təyin edir, onların istefasını qəbul və ya rədd edir, Nazirlər Kabinetinin iclaslarını keçirir, xarici ölkələrə səfirləri təyin edir, xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edir, dövlət büdcəsini, parlamentin qəbul etdiyi qanunları, dövlətlərarası müqavilələri təsdiqləyir, dövlət orden və medallarını verir. Prezidentin ikinci vəzifəsi ola bilməz.
O, istefaya getmək istəyəndə dini rəhbərə müraciət etməlidir.
Dini rəhbər istefanı qəbul edənədək prezident öz vəzifəsində qalmalıdır.
Prezident istefaya gedəndə və ya başqa səbəbdən səlahiyyətlərinin icrasını davam etdirə bilməyəndə dini rəhbərin razılığı ilə onu müvəqqəti olaraq birinci vitse-prezident əvəz edir.
1979-cu ildə şahın devrilməsi ilə nəticələnən islam inqilabından sonra İranda yaradılan prezident postunu indiyədək səkkiz nəfər tutub: