İntibah humanizmi

From Wikipedia, the free encyclopedia

İntibah humanizmi

Qərbi Avropanın humanist yazıçıları daha ədalətli quruluş arzulayırdılar. Belə humanistlərdən biri ingilis yazıçısı Tomas Mor (1478-1535) idi. O, hüquqşünas idi. 1516-cı ildə "Ən yaxşı dövlət quruluşu və yeni Utopiya adası haqqında qızıl kitab" nəşr etdirdi. Kitabda xüsusi mülkiyyət olmayan "Utopiya" adası təsvir edilir. Tomas Mor bu cəmiyyəti qurmağın yolunu bilmirdi. Ona görə də, sonralar həyata keçilməz arzunu utopiya ("olmayan yer") adlandırdılar.

Fransanın humanist, satirik yazıçısı Fransua Rable (14941553) "Qarqantua və Pantaqruel" kitabında kral və mənasız müharibələri ifşa etmişdir. XVI əsrin sonunda ingilis xalqı teatrı çox sevirdi. Londonda 10-a qədər teatr var idi. Kraliça Yelizaveta tez-tez teatra gəlirdi.

İngilis yazıçısı Uilyam Şekspir (1564-1616) 37 faciə, komediya, tarixi dram yazmışdır. Onun "Hamlet", "Otello", "Kral Lir" və s. əsərləri indi də dünyanın müxtəlif səhnələrində oynanılır. Şekspirin qəhrəmanları hər cür əzaba dözür, mübarizədən çəkinmirlər. Dahi ispan humanist yazıçısı Migel Servantes (1547-1616) çətin həyat yolu keçmişdir. "Don Kixot" romanı onu bütün dünyada məşhur etmişdir. Don Kixot ədaləti bərpa etmək uğrunda mübarizə aparır. Lakin o, karvansaranı qəsr, saray, qoyun sürüsünü düşmən hesab edərək, gülüş doğururdu.

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.