![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2d/Vim8-autocompletion-go-syntastic.png/640px-Vim8-autocompletion-go-syntastic.png&w=640&q=50)
İnteqrasiya olunmuş inkişaf mühiti
From Wikipedia, the free encyclopedia
İnteqrasiya olunmuş inkişaf mühiti (ing. integrated development environment; IDE) — proqram təminatının inkişafı üçün hərtərəfli imkanlar təmin edən proqram təminatı. IDE adətən mənbə kodu redaktorundan, avtomatlaşdırma alətlərindən və sazlayıcıdan ibarətdir. IntelliJ IDEA, Eclipse və Lazarus kimi bəzi IDE-lər lazımi kompilyator, interpretator və ya hər ikisini ehtiva edir. Amma digərlərində (SharpDevelop, NetBeans) bunlar mövcud deyil.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/2/2d/Vim8-autocompletion-go-syntastic.png/640px-Vim8-autocompletion-go-syntastic.png)
IDE və daha geniş proqram təminatının inkişaf etdirilməsi mühitinin digər hissələri arasında sərhəd dəqiq müəyyən edilməmişdir; bəzən bir versiyaya nəzarət sistemi və ya qrafik istifadəçi interfeysinin (GUI) qurulmasını asanlaşdırmaq üçün müxtəlif vasitələr inteqrasiya olunur. Bir çox müasir IDE-lərdə obyekt yönümlü proqram təminatının hazırlanmasında istifadə üçün sinif brauzeri, obyekt brauzeri və sinif iyerarxiya diaqramı da mövcuddur.