İntellekt
From Wikipedia, the free encyclopedia
İntellekt (ing. intelligence ~ ru. интеллект, интеллектуальный ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, "düşüncəsiz" olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı. Məsələn, diskdən oxunan verilənləri gözləyən proqram həmin zaman başqa məsələni yerinə yetirməklə, bütövlükdə sistemin məhsuldarlığını yüksəltmiş olur. 3. Mühakimə və məntiq sahəsində: intellektuallıq, proqramın insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya maşının (məsələn, robotun) ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |