İks-adamlar (film)
ABŞ istehsalı film / From Wikipedia, the free encyclopedia
İks-adamlar (ing. X-Men) — 2000-ci ildə Marvel Comics-in eyni adlı obrazları əsasında qurulmuş, super qəhrəman janrında istehsal olunan ABŞ filmidir. Brayan Sinqerin rejissorluq etdiyi filmin əsas rollarında Patrik Stüart, Hyu Cekman, Yan MakKellen, Helli Berri, Famke Yanssen, Ceyms Marsden, Brüs Devison, Rebekka Romeyn, Rey Park, Tayler Meyn və Anna Pekuin rol almışdır. Film kiçik hissəsinin mutantlardan təşkil olunduğu bir dünyanı təsvir edir. Onlar superinsan güclərinə sahib olması normal insanlarda onlara qarşı etibarsızlıq yaradır. Filmdə Professor Xavierin İks-adamlar komandası və Maqnetonun başçılıq etdiyi Mutant qardaşlığı arasındakı münaqişəyə Şimal porsuğu və Roq da cəlb olunur.
İks-adamlar | |
---|---|
ing. X-Men | |
![]() | |
Janr | döyüş filmi[1][2][…], döyüş-triller[d], superqəhrəman filmi[3], elmi-fantastika filmi, fentezi filmi[d] |
Əsas mövzu | Fövqəltəbii qüvvə |
Rejissor | Brayan Sinqer |
Prodüserlər |
Louren Şoler Donner Ralf Vinter |
İcraçı prodüserlər | Sten Li, Tom Desanto[d] |
Əsərin müəllifləri |
Cek Kyörbi Sten Li |
Ssenari müəllifləri |
Devid Hayter Tom DeSanto Brayan Sinqer |
Baş rollarda |
Patrik Stüart Hyu Cekman Yan MakKellen Helli Berri Famke Yanssen Ceyms Marsden Brüs Devison Rebekka Romeyn Rey Park Anna Pekuin |
Operator |
|
Bəstəkar | Maykl Keymen |
Geyim rəssamı | Luis Minqenbax[d] |
İstehsalçılar |
20th Century Fox Marvel Entertainment Bad Hat Harry Productions The Donners' Company |
Distribütor | InterCom[d], 20th Century Fox, Netflix, Disney+ |
İlk baxış tarixi | 14 iyul 2000 (ABŞ) |
Müddət | 104 dəqiqə |
Büdcə | $75 milyon |
Gəlir | $296,339,527 |
Ölkələr |
![]() |
Dil | ingiliscə |
Sonrakı film | İks-adamlar 2 |
Rəng | rəngli |
Çəkiliş yeri | Nyu-York, Toronto, Hamilton, Ontario |
IMDb | ID0120903 |
"İks-adamlar" filminin çəkilişi barədə məsləhətləşmələr 1989-cu ildən Ceyms Kemeron, Ketrin Biqelou və Orion Pictures şirkəti arasında başlamışdır. 1994-cü ildə filmin hüquqları 20th Century Fox şirkətinə verilmişdir. Filmin buraxılışı 2000-ci ilin dekabr ayı üçün nəzərdə tutulsa da, sonradan dəyişiklik edilərək iyul ayında təqdim olunmuşdur. Çəkilişlər Toronto şəhərində 1999-cu il sentyabrın 22-dən, 2000-ci il martın 3-nə kimi davam etmişdir. Film həm tamaşaçı rəyi, həm də maliyyə tərəfdən kifayət qədər uğur qazanmışdır.