From Wikipedia, the free encyclopedia
İflic — mərkəzi sinir sistemi- baş beyin və onurğa beyninin və periferik sinir sisteminin hərəki mərkəzlərinin zədələnməsi nəticəsində iradi hərəkətlərin itməsi.
Bir-birindən fərqlənən iflic və parez forması var. Parez zamanı hərəki funksiyalar qalır, lakin zəif olur. Səbəbi qan dövranının pozulması, iltihabi proseslər, travmalar, sinir sistemində şiş olması və s.-dir. Əzələlərin iltihabında, sümük-oynaq aparatının zədələnməsində də hərəkət nisbətən məhdudlaşdığı üçün belə xəstəlikləri iflicdən fərqləndirmək lazımdır. İflicin bir neçə tipi məlum-dur: monoplegiya (bir qolun, yaxud bir ayağın iflici), hemiplegiya (bədənin bir tərəfində hərəkətin məhdudluğu), tetraplegiya (qolun və ayağın tam hərəkətsizliyi), paraplegiya (hər iki qolun, yaxud hər iki ayaqın iflici). Hərəki neyronun mərkəzi, yaxud periferik şöbələrinin pozulması müxtəlif xassəli ifliclərin baş verməsinə səbəb olur. Periferik neyronun pozulmasından periferik, süst atrofik iflic baş verir. Bu zaman vətər və sümüküstlüyü refleksləri, əzələ tonusu azalır, yaxud tamamilə itir. Əzələlərdə atrofiya müşahidə olunur, elektrikkeçirmə qabiliyyəti pozulur. Mərkəzi neyronun pozulması mərkəzi, yaxud spastik xarakterli iflic törədir. Nəticədə ətraflarda vətər və sümüküstlüyü reflekslər artır, patoloji və müdafiə refleksləri meydana çıxır, dəri refleksləri itir, müştərək hərəkətlər (siikineziyalar) müşahidə olunur, əzələ tonusu yüksəlir. Beyin qabıqaltı quruluşun zədələnməsindən ekstrapiramid iflic törənir. Bu zaman avtomatlaşmış hərəkətlər itir, iradi hərəkətlər mümkün olmur. Diaqnoz qoymaq üçün elektromioqrafiya və başqa müayinə üsullarından istifadə edilir.
İflici törədən səbəbləri aradan qaldırmaq, ətrafların funksiyasının bərpası üçün xüsusi müalicə üsullarından (masaj, bədən tərbiyəsi və s.) istifadə etmək lazımdır.
Tibb haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.