From Wikipedia, the free encyclopedia
Çöpcüklər (ing. rod cells) — torlu qişadakı işığa həssas hüceyrələrin periferik prosesləri olan iki növ fotoreseptordan biridir və silindrik formasına görə belə adlandırılır. Bunlar işığın stimullaşdırılmasını sinir stimullaşdırılmasına çevirən yüksək ixtisaslaşmış hüceyrələrdir. Fotoreseptorların ikinci növü kolbacıqlardır.
İnsanın hər bir tor qişasında orta hesabla təxminən 92 milyon çöpcük var. Çöpcüklərin ölçüsü: uzunluğu - 0,06 mm, diametri - 0,002 mm.
Çöpcüklər içərisində xüsusi bir piqmentin - rodopsin (və ya görmə purpuru) olması səbəbindən işığa həssasdır. İşığın təsiri altında vizual piqmentin bir sıra çox sürətli çevrilmələri və rəngsizləşməsi baş verir. Çöpcüklərin həssaslığı hətta 2-3 fotonun təsirini aşkar etmək üçün kifayət edir.
Retinanın müxtəlif hissələrində çöpcüklərin sıxlığı qeyri-bərabərdir və hər mm² üçün 20.000 ilə 200.000 arasında dəyişə bilər. Üstəlik, retinanın periferiyasında onların sıxlığı orta hissəsindən daha yüksəkdir, bu da onların gecə və periferik görmədə iştirakını müəyyən edir. Retinanın mərkəzində, foveada (makula) praktiki olaraq heç bir çöpcük yoxdur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.