Xocavənd rayonunda kənd From Wikipedia, the free encyclopedia
Güneyçartar — Azərbaycan Respublikasının Xocavənd rayonunun Güneyxırman kənd inzibati ərazi dairəsində kənd.[2] 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Güneyçartar kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Güneyçartar | |
---|---|
39°45′26″ şm. e. 47°01′08″ ş. u. | |
Ölkə | Azərbaycan |
Region | Xocavənd rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 780 m, 722 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 2.161 nəf. (2005)[1] nəfər |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndin adı Güneycarpaz variantında da qeydə alınmışdır. Oykonim güney (güntutan, cənub) və cartar/cartaz (dağda uçurum, yarğan) komponentlərindən düzəlib, "cənubda yerləşən yarğanlı dağ" mənasındadır. Kənd yerləşdiyi ərazinin coğrafi movqeyi ilə bağlı adlandırılmışdır.[3]
Güneyçartar kəndində aşağıdakı daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmışdır:
İnventar № | Abidənin adı | Tarixi | Yerləşdiyi ünvan | Növü | Əhəmiyyət dərəcəsi |
---|---|---|---|---|---|
238 | Alban məbədi[4] | 1236-cı il | Güneyçartar kəndi | Memarlıq | Ölkə |
Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 2 oktyabr 1992-ci ildə işğal edilmişdir.
19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir.
Bu kənd Xocavənd şəhərindən 17 kilometr, Xankəndidən 78 kilometr, Bakıdan isə 380 kilometr aralıdır. Füzuli rayonun inzibati ərazi dairəsinə aid olan Yuxarı Veysəlli kəndindən 2 kilometr aralıdadır.
2020-ci ilə olan məlumata görə burada 2316 nəfər erməni yaşayırdı.
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.