From Wikipedia, the free encyclopedia
Çad gerbi — Afrika ölkəsi Çad tərəfindən istifadə edilən rəsmi dövlət gerbidir. Gerb ölkənin müstəqilliyindən on il sonra, yəni 1970-ci ildə istifadə edilməyə başlanmışdır. Ölkədə, gerbi ilk istifadə edən o dönəmki dövlət başçısı François Tombalbaye olmuşdur.
Gerbin mərkəzində yerləşən qalxanda Çad gölünü təmsil edən ziqzaq formalı göy rəngli 4 cizgi var. Qalxanın yuxarısına üfüqdən doğan 14 şüalı qırmızı günəş şəkli yerləşdirilib, bu 14 şüa ölkənin müstəqilliyində rol oynayan 14 bölgəni, günəş isə müstəqillikdən sonra yeni bir başlanğıcı tərənnüm edir. Qalxanın sol tərəfində ölkənin şimalındakı çöllük əraziləri təmsil edən keçi, sağ tərəfində isə ölkənin cənubundakı tropikal əraziləri təmsil edən qırmızı dili olan aslan şəkli var. Onların hər ikisi qalxanı tuturlar. Qalxanın aşağısında dövlətin ən yüksək nişanı var. Gerbin ən aşağı hissəsinə üzərinə ölkənin fransızca milli şüarı "Birlik, Çalışmaq, İnkişaf" (UNITE TRAVAIL PROGRES) yazılmış lent yerləşdirilib. Bununla yanaşı həm lentdəki sözlərin yanında həm də qalxanı tutan keçi ilə aslanın gövdəsində ucu yuxarı baxan qırmızı ox işarələri var, bu ox işarələri də eynən günəş kimi müstəqillikdən sonra ölkə üçün gələcəyə ümidlə baxılan, siyasi və iqtisadi cəhətdən yeni başlanğıcı ifadə edir. Ölkə gerbində istifadə edilmiş rənglər, eyni zamanda Çad bayrağının da rənglərini əmələ gətirir.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.