Map Graph

Çigil

Çigil — Xəzər dənizində, Bakı arxipelaqında Azərbaycana məxsus ada. Məskunlaşmamış adadır. Palçıq vulkanı mənşəlidir. Ərazisi 0,4 km² təşkil edir. Sahilləri hündür və yalnız cənub-şərq tərəfdən ensiz sahil zolağı ilə əhatə olunmuşdur. Cənub-Şərq hissədə bir necə palcıq vulkanı var. Adanın uzunluğu 585 m, eni 425 m-dir. Sahildən 16,9 km məsafə ayırır. Maksimal hündürlük 5 m təşkil edir. Bəndovan burnundan cənubda yerləşir. Sonuncu püskürmə tarixi haqqında məlumat yoxdur. Güman edilir ki, bu püskürmə 1932-ci ildə baş vermişdir. Palcıq vulkanları burada neft-qaz olması ilə əlaqədardır. Vulkanlar daim səthə yeni palcıq dalğaları püsgürür.

Read article
Fayl:Reliefkarte_Aserbaidschan_2023.pngFayl:Azerbaijan_relief_location_map.jpgFayl:Caspian5Baku_Bay.png