Unqava yarımadası
Uqnava yarımadası — Labrador yarımadasının şimal hissəsində yerləşir. Yarımadanın qərb sahillərini Hudzon körfəzi, şimalını Hudzon boğazı və şərq sahillərini isə Unqava körfəzi yuyur. Yarımadanın və Kvebek vilayətinin ən uçqar nöqtəsi Volsterholm burnudur. Sahəsi 250 000 km² təşkil edir. Ərazi Tundra iqlim tipinə xas təbiətə malikdir. Burada çoxlu çaylar və buzlu göllər vardır 1950-ci ildə ərazidə dərinliyi 415 m, diametri 3,4 km olan meteorid məşhəlli göl aşkarlanmışdır. Onun ərazisi Faydalı qazıntılarla zəngindir. Buna misal kimi: azbest, nikel, Uran (element), mis, Dəmir filizi. İqlimi çox sərtdir.
Read article