UEFA Avro 1992
Futbol üzrə 9-cu Avropa çempionatı — final turniri 1992-ci il 10-26 iyun tarixində İsveçin dörd şəhərində keçirilən futbol yarışı. Final turnirində 8 komanda iştirak etmişdir. Onlardan yeddisi seçmə mərhələsində qrup qalibləri olmuş komanda idi. İsveç millisi isə çempionatın ev sahibi kimi final turnirinə birbaşa vəsiqə qazanmışdır. Bu, 8 komandanın iştirakı ilə keçirilən futbol üzrə sonuncu Avropa çempionatı olmuşdur. Sonrakı çempionatda final turnirinin iştirakçılarının sayı bundan iki dəfə çox idi.
Read article